"Kamaz"ın xalis mənfəəti 51% artıb
2021-ci ilin yanvar-sentyabr aylarında "Kamaz"ın xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə 51% artaraq 3,3 milyard rubl təşkil edib.
Marja.az bu barədə avtomobil istehsalçısının Rusiya mühasibat uçotu standartlarına əsasən hazırlanmış hesabatına istinadən xəbər verir.
Kamazın gəliri isə 32% artaraq 169.091 milyard rubla çatıb. Vergidən əvvəlki mənfəət üç dəfədən çox artaraq 4.32 milyard rubl olub.
Kamaz Rusiyanın ən böyük yük maşını istehsalçısıdır, dünyanın iyirmi aparıcı istehsalçısından biridir. Şirkət yük maşınları, qoşqular, avtobuslar, mühərriklər, güc qurğuları və müxtəlif alətlər istehsal edir. Kamaz-ın ən böyük səhmdarları "Rostec" dövlət korporasiyası (49,9%), "Avtoinvest" (23,54%) və "Daimler Truck" (15%, Alman avtomobil konserni Daimler-in törəməsi ) şirkətləridir.
Kamaz səhmləri maliyyə hesabatlarının dərc edilməsilə 11%-dən çox bahalaşıb
Moskva Birjasında ticarət zamanı Kamaz səhmlərinin qiyməti 11,2% artaraq 112,2 rubla çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
2 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
3 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
3 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























