Azərbaycanda sənaye istehsalı 4,5 faiz, qaz hasilatı isə 19,3 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında 36,6 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 19,6 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 31,8 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 19,3 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 88,8 faiz, tikinti materiallarının istehsalı 72,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 65,4 faiz, tütün məmulatlarının istehsalı 56,9 faiz, elektrik avadanlıqlarının istehsalı 53,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 46,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 42,0 faiz, kağız və karton istehsalı 28,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,1 faiz, neft məhsullarının istehsalı 17,7 faiz, hazır metal məmulatlarının istehsalı 16,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 16,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 15,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 13,6 faiz, qida məhsullarının istehsalı 9,3 faiz, içki istehsalı 3,4 faiz, mebel istehsalı 1,9 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 11,8 faiz, geyim istehsalı 13,2 faiz, poliqrafiya məhsullarının istehsalı 42,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 90,0 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,9 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)












.jpg)

