
"PAŞA Kapital" şirkəti “Silk Vey Vest Aviaşirkəti”nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək
"Silk Vey Vest Aviaşirkəti" istiqrazlarını əldə etmək istəyən şəxslər PAŞA Kapital investisiya şirkətinə müraciət edə bilərlər.
(®) Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital İnvestisiya Şirkətinin anderrayter kimi çıxış etdiyi daha bir lahiyənin təqdimat tədbiri baş tutmuşdur.
Regionda hava nəqliyyatında ən böyük yük daşıma şirkəti olan "Silk Vey Vest Aviaşirkəti" ilk dəfə kapital bazarlarında istiqraz buraxılışı həyata keçirəcəkdir.
İstiqraz emissiyasının təqdimat tədbiri Mariott Bakı Bulvar Oteldə keçirilmişdir. PAŞA Kapital investisiya şirkətinin icraçı direktoru Ceyhun Hacıyevin salamlama nitqindən sonra çıxış edən AR Mərkəzi Bankı və Bakı Fond Birjasının rəsmiləri Azərbaycanda kapital bazarlarının inkişaf etdirilməsində bənzər tipli istiqraz buraxılışlarının əhəmiyyətini vurğulamışlar.
"Silk Vey Vest Aviaşirkət"inin maliyyə direktoru Mirsəməd Mövsümzadə və PAŞA Kapital investisiya şirkətinin direktor müavini Ruslan Xəlilov şirkətin əsas fəaliyyət istiqamətləri və maliyyə göstəriciləri barədə ümumi məlumat verərək investorların suallarını cavablandırmışlar.
Silk Vey Vest Aviaşirkəti tərəfindən Bakı Fond Firjasında kütləvi təklif olunacaq istiqrazlar 3 il tədavüldə olacaq və rüblük sabit 5% (beş faiz) kupon ödənişləri həyata keçirəcəkdir. Buraxılışın ümumi həcmi 50 milyon ABŞ dollarıdır və hər biri 25 milyon ABŞ dolları olan iki tranşda emissiya olunacaqdır. Qeyd edək ki, istiqrazların nominal dəyəri 1000 ABŞ dolları təşkil edir.
Silk Vey Vest Aviaşirkətinin əsas fəaliyyəti Bakı Heydər Əliyev Hava Limanında yerləşən mərkəzi qovşaqdan Avropa, Asiya və Şimali və Cənubi Amerika istiqamətlərində hava yüklərinin daşınmasıdır. Aviaşirkətin əsas səhmdarları “Silk Vey Holdinq” MMC və “Silk Vey Development” MMC -dir.
PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.
"Silk Vey Vest Aviaşirkəti" istiqrazlarını əldə etmək istəyən şəxslər PAŞA Kapital investisiya şirkətinə müraciət edə bilərlər.
Əlaqə nömrələri:
+994 12 493 33 66
+994 12 493 33 88
+99 455 226 33 66
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT-a illik 16 faizlə pul lazımdır - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu
- 3 saat əvvəl
Son Xəbərlər

"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi


Azərbaycan istiqrazları Unicapital vasitəsilə Cbonds-da

Azərbaycan neftinin son qiyməti

200 manata tutulan kirayə mənzili, sənədlərdə 400 manat göstərib - Yarım milyon manatlıq dələduzluqda ittiham olunur

Azərkosmos-da kosmik zərər

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

Qızılın qiyməti tarixinin ən yüksək səviyyəsində

Rəsmi məzənnələr açıqlandı

İlham Əliyev paradı izləyib

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
