Azərbaycanın iri bankı kredit faizlərinin daha da aşağı düşəcəyini gözləyir
Biznes krediti faizlərinin daha da aşağı düşəcəyi gözlənilir.
Bunu Marja-ya “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.
Qeyd edək ki, hazırda PAŞA Bank 12%-dən başlayan faizlər ilə, 250 min manatadək, grovsuz onlayn biznes krediti təklif edir. 2021-ci ilin əvvəlində biznes kreditinin faizi 16.5% - 17%- ikən, hazırda 12%-dən başlayır.
Bəhruz Nağıyevin sözlərinə görə, proseslər faizlərin daha da aşağı düşə biləcəyinə işarə edir:
“Bankın kredit faizi cəlb etdiyi vəsaitlər üzrə xərclərindən asılıdır. Təbii ki, cəlb edilən vəsaitlər ucuzlaşarsa, bank kredit faizlərini aşağı sala bilər. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 6,25%-dir. Maliyyə Nazirliyinin dövlət istiqrazlarının faizi 5% - 7% səviyyələrinə düşüb. Belə olan halda, PAŞA Bank faizini yüksək saxlaya bilməz, artıq 12% səviyyəsinədək endirmişik. Gələcəkdə Mərkəzi Bankın uçot dərəcəsində və dövlət istiqrazlarının faizində baş verən dəyişikliklər PAŞA Bankın da faiz dərəcələrinə təsir edəcəkdir”.
Baş maliyyə inzibatçısı əlavə edib ki, biznes kreditində faizin aşağı düşməsi bank sektorundakı izafi likvidlik ilə də əlaqədardır:
“Bank olaraq bizim marağımızda deyil ki, vəsaiti cəlb edək və nağd vəsait olaraq saxlayaq. Vəsaiti iqtisadiyyata yönəltmək bizim marağımızdadır. Kommersiya təşkilatı olaraq həm biz gəlir əldə edərik, həm də şirkətlər inkişaf edər. İzafi likvidlikdən, rəqabət mühitindən və Mərkəzi Bankın uçot dərəcəsindən asılı olaraq faiz dərəcələrimizi dəyişə bilərik. İndiki gedişat onu göstərir ki, kredit faizləri daha da aşağı düşə bilər”.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
6 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
11 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























