Kapital Bank ölkədə ilk dəfə sahibkarlara rəqəmsal biznes kartı təqdim edir
®️Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kart məhsulunu təqdim edir.
Bununla da hüquqi şəxs və fərdi sahibkarlar Banka gəlmədən saniyələr ərzində kart sahibi ola bilərlər. Sahibkarlar rəqəmsal biznes kartı Müştəri Bank sisteminin həm veb, həm də mobil versiyası vasitəsilə asanlıqla yaradıb və dərhal istifadə edə bilərlər.
Rəqəmsal biznes kartın bir sıra üstünlükləri vardır: 24/7 rejimində ödənişlər etmək; nağd vəsaitlərin əldə edilməsi (QR nağdlaşdırma); Bankın ATM və terminallardan karta mədaxil etmək; Müştəri Bank vasitəsilə kart hesablarının idarə olunması; fərdi limitlərin təyin edilməsi; kart üzrə keçən əməliyyatların izlənməsi; hesabdan çıxarışların əldə edilməsi; vəsaitlərin təhlükəsiz istifadəsi və s.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.).
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 29 san. əvvəl
-
51 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 52 d. əvvəl
-
-
59 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























