Kiçik və orta fermerlər aqrar məsləhət xidmətindən faydalana biləcəklər
Azərbaycanda aqrar məsləhət platformaları yaradılırAqrar məsləhət xidmətinin fermerlər üçün (xüsusilədə kiçik və orta fermerlər) əlçatan etmək məqsədilə təklif edilən Məhsul əsaslı Məsləhət Platformaları Azərbaycanın 2 bölgəsində sınaqdan keçirilir.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqə ofisinin yaydığı məlumata görə, platformalar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən həyata keçirilən “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi çərçivəsində yaradılıb. Layihənin pilot regionları seçilmiş Gəncə-Qazax və Quba-Xaçmaz bölgələrində 6 Məhsul əsaslı Məsləhət Platforması təşkil edilib. Şəmkirin Əliyaqublu kəndində pomidor, Samuxun Sərkar kəndində günəbaxan, Ağstafanın Böyükkəsik kəndində sorqo, Qubanın Çaykənarı (Alekseyevka) kəndində alma, Xaçmazın Hacıəlibəy kəndində gilas, Sayad kəndində isə açıq sahədə becərilən pomidor bitkisi üzrə yaradılmış məhsul əsaslı məsləhət platformalarının hər birinə layihə tərəfindən fasilitator - vasitəçi cəlb olunub.
Fasilitator fermer qrupuna becərdikləri məhsulla bağlı problemləri müəyyən etmək, qrup daxilində müzakirələr aparmaq və həll yollarını tapmaq üçün özəl və dövlət sektoru məsləhətçiləri və tədqiqatçıları ilə əlaqə qurmaqla yol göstərir. Seçilmiş icmalarda fəaliyyət göstərən fermerlər sorqo, açıq sahə pomidoru və günəbaxan bitkiləri üzrə yaradılmış bu qrupların faydalarını hiss etməyə başlayıblar. "Başlanğıcda fermerlər təklif edilən yanaşmaya və fasilitatorların roluna şübhə ilə yanaşırdılar. Lakin müzakirələrdə iştirak etdikdən sonra faydalı tövsiyələr aldılar və bir sıra müsbət nəticələrin şahidi oldular. Fermerlər, zaman keçdikcə, daha çox iştirak etməyə başladılar və platformaya qoşulmaqda maraqlı oldular. Builki əkin mövsümünün təcrübəsi növbəti əkin mövsümündə bəzi platformalara kiçik nümayiş sahələrinin də daxil ediləcəyi barədə planlaşdırma etməyə əsas verir," - layihənin milli koordinatoru Vüqar Bəşirov belə deyib.
Hal-hazırda Quba və Xaçmaz rayonlarındakı məhsul əsaslı məsləhət platformalarının fasilitatorları alma və gilas bağlarında fermerlərin qarşılaşdıqları problemlərin həlli ilə bağlı araşdırmalar aparırlar.
“Hələlik fasilitatorlar təcrübəli fermer və aqronomlar arasından seçilir. Gələcəkdə fasilitatorların texniki biliklərindən əlavə, problemi anlama, araşdırma şəbəkəsinin olması, kommunikasiya və doğru məlumatı əldə etmə bacarıqlarının olması da nəzərə alınacaq” - Layihənin milli koordinatoru Vüqar Bəşirov bildirib.
Qeyd edək ki, məhsul əsaslı Aqrar Məsləhət Platforması “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi tərəfindən dövlətə təqdim ediləcək yeni Aqrar Məsləhət Xidməti Modelinin tərkib hissəsi olacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 11 saat sonra
-
- 7 saat sonra
-
9 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
10 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
10 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
















.jpg)






.jpg)

