Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Pakistanın ilk yük maşınları Bakıya çatıb - Azərbaycandan malları ilə Pakistana qayıdacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pakistanın ilk yük maşınları Bakıya çatıb - Azərbaycandan  malları ilə Pakistana qayıdacaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Pakistana məxsus ilk sınaq yük partiyasından ibarət iki yük avtomobili Bakıya çatıb.

Pakistanın "National Logistics Cell" (NLC) logistika şirkətinin avtomobillərinin uğurlu sınaq buraxılışı və Pakistan ilə Azərbaycan arasında ilk birbaşa logistik nəqliyyat əməliyyatının başlanması münasibətilə 8 oktyabr 2021-ci il tarixində Bakıda tədbir keçirilib.

Tədbirdə bildirilib ki, 7 oktyabr 2021-ci il tarixində Bakıya gələn və Pakistandan ixrac məhsulları daşıyan, Pakistandan Azərbaycana iki nəqliyyat vasitəsi (yük maşını) ilə pilot layihə həyata keçirir. Yük maşınları Azərbaycandan ixrac malları ilə Pakistana qayıdacaq.

Qeyd edək ki, TIR çərçivəsində Pakistan və Azərbaycan arasında NLC-nin gələcək fəaliyyəti iki qardaş ölkə arasında ikitərəfli ticarətin artmasına kömək edəcəkdir.

Azərbaycanın bütün aidiyyəti orqanları, xüsusən də Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) NLC avtomobillərinin Pakistandan Azərbaycana uğurlu sınaqdan keçirilməsində mühüm rol oynayıb.

Xatırladaq ki, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Pakistanla apardığı ticarət əməliyyatlarının həcmi illik 17,5% azalaraq 7,010 mln. ABŞ dolları təşkil edib.

Telegramda Marja.az səhifəsinə abunə olun

APA

08.10.2021 17:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18