Maliyyə Nazirliyi Azərbaycanın BSTDB-nin əlavə kapitallaşmasında iştirakla bağlı mövqeyini açıqlayıb
Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) tərəfindən Azərbaycana bankın əlavə kapitallaşmasında iştirak etmək təklif olunub.
Bu barəd Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 1 oktyabr 2021-ci il tarixində Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının növbədənkənar toplantısında Bankın abunə kapitalının artırılmasına dair qərar qəbul edilib. Qərar səs çoxluğu, xüsusilə də Bankın ən iri səhmdarları olan Türkiyə, Rusiya və Yunanıstanın dəstəyi ilə qəbul olunub. Səsvermə zamanı bəzi daha az səhmə və müvafiq olaraq səsə malik səhmdarlar (o cümlədən, Azərbaycan) bitərəf qalıb.
Qəbul edilmiş qərara əsasən Bankın abunə kapitalı 816 milyon avro artırılaraq, 2,3 milyard avrodan 3,1 milyard avroya qaldırılır və hər bir üzv ölkəyə Qara Dəniz Ticarət və İnkişaf Bankının kapital artımında iştirakı onun bu gün Bankın kapitalında mövcud payının xüsusi çəkisinə mütənasib şəkildə həyata keçirilməsi təklif edilir. Bu artımın ödənilən hissəsi 245 milyon avro təşkil edir. Ödəniş üzv ölkələr tərəfindən 8 il ərzində (2023-2030-cu illər) bərabər hissələrlə həyata keçirilməlidir. Bankın yeni səhmlərinə abunə yazılışı ilə bağlı hər bir üzv ölkə 12 ay ərzində Banka qərarını bildirməlidir.
BSTDB Azərbaycana hazırda Bankın səhm kapitalında sahib olduğumuz paya mütənasib, yəni artırılan kapitalın 5 %-i təklif olunur. Bu halda ölkəmiz tərəfindən 12,31 milyon avro məbləğində vəsaitin 8 il ərzində bərabər hissələrlə (ildə 1,539 milyon avro) ödənilməsi gözlənilir.
Göstərilən müddət ərzində məsələyə dair ölkə qanunvericiliyinə uyğun şəkildə müvafiq müzakirələr aparılacaq və yekun qərar Banka bildiriləcəkdir.
Qeyd edək ki, hazırda BSTDB-nin elan olunmuş kapitalı 3,45 milyard avro, abunə olunmuş kapitalı 2,289 milyard avro, ödənilmiş kapitalı isə 0,687 milyard avrodur.
BSTDB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hərəyə 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.
Bankın Azərbaycanda 37 layihə üzrə portfeli 482 milyon avro təşkil edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
31 d. əvvəl
Bu şirkətlər 10 ayda əhali və bizneslərdən 1 milyard 256 milyon manat haqq toplayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi
-
1 saat əvvəl
Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 400 min manat artırıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bolmart"ın “Təzə Bazar” filialı fəaliyyətini bərpa etdi - VİDEO
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Bu şirkətlər 10 ayda əhali və bizneslərdən 1 milyard 256 milyon manat haqq toplayıblar
Süd emalı zavodunun mayası azaldı
“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi
Elektron pul təşkilatı nizamnamə kapitalını 400 min manat artırıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Bolmart"ın “Təzə Bazar” filialı fəaliyyətini bərpa etdi - VİDEO
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
AzTech şirkəti Kəlbəcər məktəbinə 73 noutbuk hədiyyə etdi
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK



















.jpg)



