Bayden, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar rejimini daha bir il uzadıb
ABŞ Prezidenti Co Bayden (Joe Biden), Türkiyənin Suriyadakı hərbi əməliyyatı səbəbiylə Vaşinqton administrasiyasının o zamankı başçısı Donald Tramp tərəfindən 2019-cu ildə imzalanan Ankaraya qarşı sanksiyalar fərmanının daha bir il uzadılmasına qərar verib.
Marja xəbər verir ki, bu, ümə axşamı günü Ağ Ev məlumat yayıb.
"Suriya ətrafındakı vəziyyət, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində bir hücum başlatması İŞİD ilə mübarizəyə xələl gətirir, mülki insanları təhlükəyə atır, bölgədəki sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla təhdid edir, eyni zamanda ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün həddindən artıq təhlükə yaratmağa davam edir. Bununla əlaqədar olaraq, 13894 saylı fərmanla elan edilən vəziyyəti bir il uzadıram", - məlumatda deyilir.
Sözügedən fərman Trump tərəfindən 14 oktyabr 2019-cu ildə imzalanmışdır. ABŞ Prezidenti bu sənədlə ABŞ Dövlət Departamentinə və Maliyyə Nazirliyinə konkret olaraq kimlərə məhdudiyyət qoyulacağına qərar verməyi tapşırıb. Söhbət "Şimali Suriyada atəşkəsə mane olan" və eyni zamanda ərəb ölkəsindəki siyasi tənzimləməyə müdaxilə edən şəxslər haqqında idi.
Ankara 2019-cu ildə Suriyanın Hasiçi və Raqqa əyalətlərində Türkiyə sərhədi boyunca hərbi əməliyyatını həyata keçirərək 30 kilometrlik təhlükəsizlik zonası yaradıb. Bu bölgədəki terrorçu kürdlər ordularını oradan geri çəkiblər, ancaq zaman-zaman Türkiyə hərbiçilərinə və Suriya müxalifət birləşmələrinə qarşı hücumlar edirlər. Rəsmi Dəməşq əməliyyatı təcavüz adlandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























