Bakı Zooloji Parkı açıldı - VİDEO
Bakı Zooloji Parkı müasir zooparklar səviyyəsində yaradılıb
Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.
Marja xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.
Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.
Xatırladaq ki, vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb.
Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Son illərdə Bakıda sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb.
Şəhər həyatının müxtəlif layihələrlə zənginləşdirilməsi sırasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkının xüsusi yeri var. Ümumilikdə, IDEA İctimai Birliyi paytaxtla yanaşı, bölgələrdə də ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində çox mühüm layihələr icra edib. Bakı Zooloji Parkı dünyada mövcud olan müasir zooparklar səviyyəsində yaradılıb. Təbii ki, bu layihə postpandemiya dövründə yenidən Bakıya səfər edəcək turistlərin ən çox üz tutacaqları məkanlardan biri olacaq. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.
Yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi artırılan zooparkda daha təbii mühit yaradılıb. Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var. Zoopark hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib. Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.
Bakı Zooloji parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi qeyd edilməlidir. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.
Qeyd edək ki, zooparklar yalnız əyləncə məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir. Ümumiyyətlə, zooparkın fəaliyyət istiqamətlərinə ətraf mühitin, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, çoxaldılması üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədqiqat işlərinin aparılması, canlı aləm və biomüxtəlifliyin qorunması sahələrində insanların məlumatlandırılması daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
18 d. əvvəl
"Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradır"
- 20 d. əvvəl
- 24 d. əvvəl
- 34 d. əvvəl
-
51 d. əvvəl
Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
- 53 d. əvvəl
-
1 saat əvvəl
ABŞ-da işdən çıxarmaların sayı 2020-dən bəri ən yüksək səviyyəyə çatıb
-
1 saat əvvəl
"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb

"Neftçala Sənaye Məhəlləsi tam dolub"

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Macarıstan Fransa şirkətindən qaz alacaq
Ən çox oxunanlar

OpenAI-nın Sora tətbiqi təqdimatdan sonra viral oldu

Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb

Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı
