İqtisad Universiteti Qazaxıstan universitetilə memorandum imzaladı
Qazaxıstanın Miras Universitetinin rektoru professor Bolat Mirzaliyev UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru professor Ədalət Muradovla görüşüb.
Görüşdə professor Ədalət Muradov UNEC-in tədris prosesi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.
Professor Bolat Mirzaliyev Miras Universiteti barədə məlumat verdikdən sonra hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Müzakirələrdən sonra UNEC ilə Miras Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.
Memoranduma əsasən, hər iki universitet arasında müəllim, tələbə, magistr və doktorantların mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, ikili diplom və birgə dərəcəli proqramların tətbiqi, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























