Azərbaycan və Çex Respublikası saziş imzaladı
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, imzalanma mərasimindən əvvəl energetika naziri Pərviz Şahbazovla Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek arasında görüş keçirilib. Çexiya ilə enerji əməkdaşlığının neft-qaz və bərpa olunan enerji istiqamətləri üzrə inkişafı üçün imkanlardan bəhs edən nazir Pərviz Şahbazov xüsusilə, Xəzər dənizini Avropa ilə birləşdirən “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin aşağı karbonlu təbii qaz üzrə əməkdaşlığa yol açacağına toxunub. Nazir eyni zamanda, bərpa olunan enerji sahəsində həyata keçirilən və hərraclara çıxarılması planlaşdırılan ümumi gücü 700 MVt olan layihələr barədə məlumat verərək, Çex şirkətlərini bu prosesdə iştiraka dəvət edib.
Xarici işlər naziri Yakub Kulhanek də ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün enerji əməkdaşlığının mühüm rol oynadığını qeyd edib. Ölkəsinin biznes dairələrinin mövcud imkanları qiymətləndirməsinin vacibliyini bildirib.
Müzakirələrdən sonra energetika sahəsində əməkdaşlığa dair sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert imzalayıblar.
Saziş energetika sahəsində neft-qaz, neft-kimya, bərpa olunan enerji, o cümlədən bioenerji istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsini və müvafiq təsərrüfat subyektləri arasında hər iki ölkənin milli qanunvericiliklərinə uyğun olaraq əlaqələrin qurulmasını nəzərdə tutur.
Həmçinin üçüncü ölkələrlə energetika sahəsində birgə layihələrin həyata keçirilməsinə dəstək də ifadə olunur. Bundan başqa, sənəd yaşayış sektorunda və iri enerji tutumlu müəssisələrdə enerji səmərəliliyi və enerjiyə qənaət üzrə əməkdaşlığın inkişafını, qarşılıqlı məlumat və təcrübə mübadiləsi, təlimlər, birgə seminar, konfrans və forumların keçirilməsi kimi məsələləri əhatə edir. Sazişə əsasən, energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun yaradılması da planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
12 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















