Yeni karton-qutu fabriki istifadəyə verildi - FOTOLAR
Rabitəbank Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlıq dəstəyinə davam edir(®️) Ölkənin aparıcı banklarından biri Rabitəbank “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmana əsasən beynəlxalq və yerli maliyyə strukturları ilə uğurlu əməkdaşlıq siyasəti yürüdür.
Bank xüsusən qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı atılan addımlarda öz fəal mövqeyini sərgiləməkdədir.
Bu silsilə addımların davamı kimi Rabitəbank və İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə “Aqro İnvest və istehsalat” MMC - yeni karton-qutu fabrikinin açılış tədbiri baş tutub. Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədr müavini Arif Vəliməmmədov, Rabitəbankın idarə heyətinin sədr müavini Orhan Gültekin iştirak edirdilər. Onlar sahibkarlara yaradılan şərait nəticəsində Azərbaycana idxal edilən məhsulların əvəzinə yerli istehsal hesabına ölkədən valyuta axının qarşısının alınması istiqamətində daha bir uğurlu layihəyəyə imza atıldığını məmnunluqla ifadə etdilər.
Qeyd edək ki, “Aqro İnvest və İstehsalat” MMC 2016-cı ildə təsis edilmiş və hal-hazırda ümumi işçilərinin sayı 120 nəfərə yaxındır. Yeni fabrikin açılmasışirkətdə 40-a yaxın yeni işçilərin işə götürülməsinə şərait yaradacaq.
Qeyd edək ki, Rabitəbank yarandığı gündən intensiv şəkildə biznes kreditləri verir və biznes kreditləri bankın portfelinin 60%-ə qədərini təşkil edir. Pandemiya dövründə yaranmış durğunluğu aradan qaldırmaq və real sektorun inkişafına töhfə vermək üçün Rabitəbank dövlət fondları ilə sıx əməkdaşlıq edir və sürətli bankçılıq həlləri təklif edir. Biznes məhsulları ilə ətraflı tanış olmaq üçün qarşıdakı linkə keçid edə bilərsiniz - https://www.rabitabank.com/biznes
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ











.jpg)











