İlham Əliyev Buzovnada açılışda iştirak etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib.
Marja xəbər verir ki, "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə yarımstansiyada görülən işlər barədə məlumat verdi.
Dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayonlarının, o cümlədən paytaxtın elektrik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var. Bu, eyni zamanda, elektrik enerjisinə tələbatın ödənilməsi, elektrik şəbəkələrində yüklənmələrin azalması, texniki itkilərin minimuma endirilməsi baxımından da çox önəmlidir.
Hazırda dövlət proqramlarının icrası ilə bağlı Bakı şəhərinin elektrik təchizatının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri aparılır. Bu işlərin davamı olaraq, Xəzər rayonu ərazisində “Buzovna-1” yarımstansiyası tikilib. Yeni yarımstansiya artan tələbatı ödəməklə, Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayacaq.
Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub, ən müasir qurğular və avtomatika sistemi ilə təchiz edilib. Ümumilikdə, “Azərişıq” ASC tərəfindən yeni inşa olunan qapalı tipli yarımstansiyalarda texniki və texnoloji yeniliklərə xüsusi diqqət verilir. Paytaxtın digər ərazilərində 110, 35 və 0,4 kilovoltluq ötürücü xətlər kabellə yeraltı borular və tunellər vasitəsilə çəkilib ki, bunların istismar müddəti baxımından etibarlılığı 2-3 dəfə çoxdur.
Prezident İlham Əliyev “Buzovna-1” yarımstansiyasını işə salıb.
Dövlətimizin başçısına işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Ağıllı şəbəkə konsepsiyası” əsasında görülmüş işlər barədə də məlumat verilib.
Bildirilib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.
İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.
Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
25 d. əvvəl
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN TƏKLİF QİYMƏTİ MƏLUM OLDU
-
38 d. əvvəl
"Reuters": İran və ABŞ-a plan təqdim olunub, razılaşma bu gün əldə edilməlidir
-
-
1 saat əvvəl
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 2 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir

























