Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı 31 faizə yaxın artıb
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 17 milyard 337,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 11 milyard 39,3 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 297,9 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 milyard 741,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26,0 faiz artmış, real ifadədə isə 6,7 faiz, o cümlədən idxal 12,4 faiz, ixrac 2,4 faiz azalmışdır.
2021-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,8 faiz, real ifadədə 17,8 faiz artaraq 1 milyard 354,3 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 38,2 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,5 faizini İspaniyaya, 4,4 faizini Xorvatiyaya, 4,3 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Gürcüstana, 3,1 faizini Hindistana, 2,9 faizini Tunisə, 2,7 faizini Portuqaliyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,8 faizini Ukraynaya, hər biri 1,2 faiz olmaqla Kanada, Almaniya və Tailanda, hər biri 1,1 faiz olmaqla İsveçrə, Çin və Belarusa, 7,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 faiz), Türkiyəyə (26,5 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,5 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,9 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 13,3 faizi Çin, 6,2 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla ABŞ və İtaliya, 4,1 faizi Ukrayna, 3,4 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,8 faizi Fransa, 1,5 faizi Braziliya, 1,4 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 17,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 33,0 faiz, kartof – 12,9 faiz, şəkər – 1,8 dəfə, bitki yağları – 2,6 faiz, meyvə və tərəvəz şirələri – 15,9 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 11,3 faiz, pambıq lifi – 1,7 dəfə, pambıq ipliyi – 2,0 dəfə, qara metallardan yarımfabrikatlar – 12,4 dəfə artmış, təzə tərəvəz ixracı isə 22,3 faiz, çay – 21,2 faiz, tütün – 43,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,2 faiz, polietilen – 6,2 faiz, emal olunmamış alüminium – 42,1 faiz, qara metallardan borular – 1,3 faiz, bentonit gili – 9,2 faiz azalmışdır.
2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2021-ci ilin yanvar-iyul aylarında çay idxalı 3,9 faiz, kartof – 14,1 faiz, təzə tərəvəz – 43,3 faiz, minik avtomobilləri – 1,7 dəfə, dərman vasitələri – 1,3 faiz, hesablama maşınları, blok və qurğuları – 18,8 faiz, yük avtomobilləri – 2,0 dəfə, rezin şinlər – 1,6 dəfə, mebellər – 29,8 faiz, paltaryuyan maşınlar – 34,1 faiz, məişət soyuducuları – 18,1 faiz artmış, bitki yağları idxalı isə 7,7 faiz, buğda – 5,9 faiz, xam şəkər və şəkər – 0,4 faiz, təzə meyvə – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları –12,1 faiz, quş əti və onun əlavə məhsulları – 19,2 faiz, mal əti – 42,8 faiz, siqaretlər – 9,0 faiz, qara metallardan borular – 35,8 faiz, polad prokatı – 39,9 faiz, mineral gübrələr – 46,4 faiz, məişət kondisionerləri – 0,8 faiz, qara metallardan çubuqlar – 69,7 faiz, polietilen –38,5 faiz, qara metallardan künclüklər – 31,1 faiz, avtobuslar – 36,6 faiz, sement və sement klinkerləri – 24,3 faiz azalmışdır.
Müştərilərin xəbərləri
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib
-
1 saat əvvəl
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
2 saat əvvəl
“Shield NxG IAM & Cybersecurity Event” – Maliyyə sektorunda kibertəhlükəsizliyə yeni yanaşma
-
3 saat əvvəl
Azərbaycanda 8,8 milyard manarlıq nağdsız ödəniş - 18 FAİZƏ YAXIN ARTIB
-
3 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı
-
4 saat əvvəl
Banklar bu il 107 milyon manat daha çox mənfəət əldə ediblər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
Trendyol ilin “Əfsanə günlər”ini elan edir
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı
Ən çox oxunanlar
Banklar bu il 107 milyon manat daha çox mənfəət əldə ediblər
Azərbaycanda problemli kreditlərin məbləği 14 %-ə yaxın artıb
Azərbaycan fondu "SABAH.fund"Gürcüstan startapına investisiya edib-1 MİLYON DOLLARLIQ RAUND
BOKT nizamnamə kapitalını yenidən artırır
Bank sekorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Sərfəli şərtlərlə təmirli mənzil istəyənlər üçün "Biləcəri" layihəsində 15%-dən başlayan ilkin ödəniş imkanı
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat
“Azərsun Holdinq”dən doğma dilimizə dəstək









.jpg)

.jpg)





.jpg)
