Sabiq nazir Əbülfəs Qarayevin məhkəmədə ifadə verməsi istəndi - 31 MİLYONLUQ TENDER
Dövlət Xidmətinin keçmiş rəisi: “Bütün işlərdən Əbülfəs Qarayevin xəbəri olub”Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sərdrliyi ilə keçirilən prosesdə şahid qismində "Azəraqrartikinti" ASC-nin filial müdiri Nüsrət Ömərov dindirilib. Şahid ifadəsində bildirib ki, təmsil etdiyi şirkət Azərbaycan İncəsənət Muzeyində aparılan təmir işləri ilə bağlı elan olunan tenderdə qalib gəlib. Bundan sonra İncəsənət Museziyndə təmir-bərpa işləri üçün 31 milyon vəsait ayrılıb: "Nümayəndəsi olduğum şirkətin 300-400 nəfər işçisi var. Təmir işləri üçün İtalya şirkəti dəvət etmişdik. 12 milyon manat onların əmək haqlarına və burada yaşamalarına sərf olunub. Həmin muzeydə mühüm işlər görülüb. Xarici şirkət nümayəndələri burada qalmaq üçün özəl şərait tələb edirdi. Bu da xərc tələb edirdi".
Daha sonra hakim 31 milyon manatın böyük məbləğ olduğunu qeyd edərək, həmin məbləğin qarşılığında nəyə görə onların şirkətinin qalib olduğunu soruşub. Hakim bunu həmin məbləğə daha reytinqli və bu işdə mütəxəss kimi tanınan şirkətləri təmir-bərpa işlərinə cəlb etməyin mümkünlüyü ilə əsaslandırıb. Şahid cavabında təmsil etdiyi şirkətin İncəsənət Muzeyindən əvvəl digər dövlət əhəmiyyətli binaların da təmirini həyata keçirdiyini deyib. O, həmçinin bəzi işlərin nağd pul tələb etdiyini qeyd edərək, ayrılan vəsaitin bir qisminin nağdlaşdırıldığını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Zakir Sultanov həyata keçirilən bir çox işlərdən sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin də xəbəri olduğunu bildirərək məhkəməyə çağırılmasını istəyib: "Xahiş edirəm, Əbülfəz Qarayevi də buraya çağırın. Aparılan əsas işlərdə onun da istirakı olub".
Növbəti proses sentyabrın 16-a təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
37 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
-
2 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
4 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
























