Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Goldman Sachs" ABŞ iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Goldman Sachs" ABŞ iqtisadiyyatı üzrə proqnozunu pisləşdirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Goldman Sachs Group" investisiya bankı ABŞ iqtisadiyyatının artımı üzrə proqnozunu 6%-dən 5,7%-ə qədər endirib.

Xarici mətbuataın verdiyi məlumata görə, istehlak səviyyəsinin əvvəlcədən proqnozlaşdırıldığından daha pis olacağı gözləntisi proqnozun endirilməsinə səbəb olub. "Goldman Sachs"ın iqtisadçısı Ronni Uokerin fikrincə, amerikalı istehlakçılar, çox güman ki, COVID-19-un yeni ştammının yayılması, büdcə dəstəyinin zəifləməsi və mallara olan tələbatın azalması fonunda xərcləri azaldacaq.

R. Uoker qeyd edib ki, "Delta" ştammı artıq cari ilin III rübündə ÜDM-nin artım tempini yavaşladır və bundan əlavə, maliyyə stimullarının azalması və xidmət sektorunun ləng bərpası da ortamüddətli dövrdə məhdudlaşdırıcı rol oynayacaq.

Lakin "Goldman Sachs"ın proqnozlarına görə, 2022-ci ildə ABŞ-da iqtisadiyyatın artımı daha sürətli templər ilə davam edəcək və bu səbəbdən qurum gələn il üçün ÜDM-nin artım tempi üzrə proqnozunu 4,5%-dən 4,6%-dək yüksəldib.

Bank ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozunu da bu il üçün aşağı salıb və qurum hazırda 2021-ci ilin sonunda ölkədə bu nisbətin 4,2% səviyyəsində olacağını gözləyir (ötən proqnoz 4,1%).

Telegramda Marja.az səhifəsinə abunə olun

APA

07.09.2021 15:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18