Mebel şirkətləri istehsalı azaldıb, taxta qiymətləri tarixi rekorda çatıb...
Çip böhranı yeganə səbəb deyil. Təchizat problemləri indi də Avrozonada digər sahələri vurur.
Pandemiya səbəbindən yaranan çip böhranı və logistika problemi avtomobil, elektronika və məişət avadanlıqları istehsalında ciddi problemlər yaratmaqda davam edir. Lakin bu sahələr tək deyil - yeni istehsalçılar da “qara siyahı”ya əlavə olunmaqdadır.
Marja xəbər verir ki, hazırda təchizat səbəbindən Avropada xammal və material çatışmazlığı ilə üzləşən istehsalçıların sayı 1985-ci ildən bəri rekord həddə - 40%-ə çatıb. Avropa Komissiyasının keçirdiyi son rüblük sorğunun nəticələrinə görə, hər 3 mebel istehsalçısından biri logistika səbəbindən istehsalı azaltmağa məcbur olub.
Qərargahı Avropada yerləşən dünyanın ən iri mebel istehsalı və satış şəbəkəsi Ikea da bu problemlərdən əziyyət çəkir. Əsas səbəblər Asiyanın iri limanlarında COVID səbəbindən işlərin tez-tez dayanması, nəqliyyat xərclərində yeddi dəfəyə yaxın artım və iri yük maşın (TIR) sürücülərinin çatışmazlığıdır.
IHS Markit-in məlumatına görə, Avropada sifarişlər və çatdırılmalar arasında mənfi fərq son 24 ildə ən yüksək həddə çatıb. Təchizat problemləri inflyasiyaya da xüsusi təkan verir və hazırda Avrozonada son 10 ilin ən yüksək göstəricisi - orta hesabla 3%-lik inflyasiya artımı yaşanır.
Təkcə taxta qiymətləri bu ilin mayında tarixi rekorda çatıb - hər min kub fut-a görə 1500 dollardan çox. Hazırda qiymətlər yarıbayarı azalsa belə, hələ də pandemiyadan əvvəlki göstəricidən yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
