Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” dünyanın aparıcı gəmi idarəetmə şirkətilə danışıqlar aparıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” dünyanın aparıcı gəmi idarəetmə şirkətilə danışıqlar aparıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və dünyanın aparıcı gəmi idarəetmə şirkəti olan “V.Group” arasında onlayn görüş keçirilib.

Görüşü giriş sözü ilə ASCO-nun sədri Rauf Vəliyev açıb. O, rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Bildirib ki, ASCO Xəzər dənizində aparıcı gəmiçilik şirkətlərindən biri olmaqla,  müxtəlif təyinatlı 260-dan çox gəmiyə malikdir. Şirkət 2014-cü ildən beynəlxalq sularda da fəaliyyətini bərpa edib. Belə ki, hazırda ASCO-nun Xəzərdənkənar sularda 11 gəmisi yükdaşımalarla məşğuldur. Onlardan 3-ü tanker, 8-i quru yük gəmisidir.

Görüş çərçivəsində ASCO-nun beynəlxalq yükdaşımalar bazarında fəaliyyətinin genişləndirilməsi və mövqeyinin gücləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

“V.Group”-un çıxış edən nümayəndələri sözügedən məsələ ilə bağlı ASCO ilə əməkdaşlığa hazır olduqlarını, gələcək tərəfdaşlığın hər iki quruma fayda verəcəyini bildiriblər.

Qeyd edək ki, gəmilərin idarəedilməsində 35 ildən çox təcrübəyə malik “V.Group” gəmi sahibləri üçün yüksək xidmətlər təklif edir. Hazırda 600 gəmi  üçün məsuliyyət daşıyan “V.Group” 44 mindən çox dənizçidən ibarət beynəlxalq şəbəkəyə çıxışı var.

V.Group
04.09.2021 11:56

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar