Rusiyanın yeni “silahı”: taxıl
Təkcə neft və “Kalaşnikov” yox....Putinin ilk prezidentliyi dönəmində Rusiya əsas ərzaq məhsullarının 50%-dən çoxunu kənardan idxal edirdi. Son 21 ildə vəziyyət köklü şəkildə dəyişib. Marja əsas məqamları araşdırıb.
2004-cü ildən etibarən ölkədə əkinə yararlı iri torpaq fondundan intensiv istifadə və bu sahəyə dövlətin maliyyə dəstəyi nəticəsində 2000-ci ildə 63 milyon ton təşkil edən illik taxıl istehsalı 2017-2019-cu illərdə 120 milyon tona qədər artıb. Nəticədə, 2017-ci ildə Rusiya ABŞ və Kanadanı ötüb keçərək, ən iri buğda istehsalçısına çevrilib.
Son illərdə dünya bazarında taxıl məhsulları və buğda ixracının müvafiq olaraq 10-13 və 20-23%-i (38 milyon ton) Rusiyanın payına düşür. Bununla, ölkə 1991-ci ildə ən böyük qlobal idxalçıdan 2021-ci ildə dünyanın ən iri buğda ixracatçısına çevrilib. Hazırda Yaxın Şərq və Afrikanın buğda tələbatının 30%-ni, Asiya ölkələrinin isə ehtiyaclarının 10%-ni Rusiya ödəyir.
Ən iri ixrac elementlərindən olan neft-qaz qiymətlərində dəyişmə və əksər ölkələrə silah satışının azalması ixrac qiymətlərinə ciddi mənfir təsir göstərsə də, onları qismən taxılın ixracı hesabına əvəzləşdirmək mümkün olur.
Rusiya neft-qaz ehtiyatlarında olduğu kimi, indi də taxıl ixracındakı dominantlığından iqtisadi təzyiq və sövdələşmə aləti kimi istifadə edir. 2015-ci ildə Türkiyə tərəfindən Rusiya qırıcısının vurulmasından sonra bu ölkəyə qarşı tətbiq olunan sanksiyalar nəticə vermiş, Türkiyə rus qazının öz ərazisindən tranzit nəqlinə imkan verən “Türk axını” layihəsinə razılaşmış, həmçinin 2019-cu ildə Rusiyadan ən iri taxıl idxalçısına çevrilmişdir.
Digər nümunə: 2016-cı ildə OPEK çərçivəsində hasilatın azaldılmasına dair Səudiyyə Ərəbistanının təklifi ilə razılaşan Rusiya tezliklə bu ölkənin taxıla (xüsusən arpa) tələbatının 10%-dən çoxunu təmin edib.
Hazırda Rusiya illik 127 milyon ton taxıl istehsalını 2025-ci ilə qədər 140 milyon tona çatdırmaq və qlobal bazar payını daha da artırmaq niyyətindədir. Əsasən iri torpaq ehtiyatlarına arxalanan və qabaqcıl aqrar texnologiyaların çatşmazlığından əziyyət çəkən Şimal qonşumuzun bu hədəfə necə çatacağı maraqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 14 d. əvvəl
- 28 d. əvvəl
-
44 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
50 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
59 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
Ən çox oxunanlar
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış



























