Qızılda mühüm gün çatdı - BAKI VAXTI İLƏ SAAT 16:30-DA AÇIQLANACAQ
Qızıl sərmayəçilərinin ABŞ Mərkəzi Bankının (Fed) istiqraz alışını azaltmaq təqviminin gedişatını anlamaq üçün yaxından izlədiyi ABŞ-da kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatı bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq. Qızıl qiymətləri məlumatdan əvvəl dalğalı hərəkət edir.
Marja xəbər verir ki, iqtisadçılar ABŞ-da avqust ayında məşğulluğun 750 min artacağını nəzərdə tuturlar. Kənd təsərrüfatı xaric məşğulluq İyul ayında proqnozları aşaraq 943 min artmışdı. ABŞ-da işsizlik nisbətinin iyuldakı 5,4%-dən avqustda 5,2%-ə düşəcəyi gözlənilir.
Fed bəyan edib ki, qiymətli kağız (istiqraz) alışlarının (bu yolla dövriyyəyə pul buraxılır) azaldılması təqvimi üçün əsas məlumat məşğulluq artımı olacaqdır. Fed sədri Cerom Pauel (Jerome Powell) də keçən həftə etdiyi çıxışında məşğulluq bazarının qənaətbəxş bir inkişaf göstərməsilə qiymətli kağız alışlarının azaldamasına bu il başlaya biləcəklərinə işarə etmişdi. Amma əlavə etmişdi ki, qiymətli kağız alışlarının azaldılması dərhal faizlərin də artırılması demək olmayacaqdır və Fed sədrinin bu şərhi qızılın bahalşmasına səbəb olmuşdu.
Məşğulluq məlumatının proqnozdan (750 min) yüksək açıqlanması ABŞ dollarını dəstəkləyərək qızıl qiymətləri üzərində aşağı istiqamətli bir təzyiq yarada bilər.
Digər tərəfdən, sərmayəçilər qızıla bağlı birja sərmayə fondlarındakı mövqelərini azaldaraq Fed-in qiymətli kağız alışlarının azaldılmasına hazırlaşırlar. Ən böyük qızıl fondlarından biri olan SPDR Gold Shares-in saxladığı qızıl miqdarı məşğulluq məlumatı əvvəlində 1000 tondan aşağı düşərək 2020-ci ilin Aprel ayından bu yana ən aşağı səviyyəyə çatıb.
Fed sədri Cerom Pauelin "göyərçin" çıxışından sonra bazarlarda yaranan optimist hava ilə bu həftəyə 1820 dollar ətrafında başlayan unsiya qızıl, səhm bazarlarının rekord qırmasından sonra yüngül geriləmə qeyd etmişdir. Hazırda qızılın unsiyası 1811 dollar səviyyələrində ticarət olunur.
Qeyd edək ki, Fed-in qiymətli kağız alışları yolu ilə pul emissiya etməsini (dövriyyəyə pul buraxmasını) ləğv etməyə başlamasının qızılın ucuzlaşmasına, Dolların isə bahalaşmasına səbəb olacağı nəzərdəı tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
7 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























