Azərbaycanlı iş adamına məxsus holdinqin Ukraynadakı törəmə şirkətinin mənfəəti artıb
“NEQSOL Holding”in tərkibinə daxil olan "Vodafone Ukrayna" telekommunikasiya şirkəti 2021-ci ilin 2-ci rübündə maliyyə göstəricilərini yaxşılaşdırıb.
Holdinqin yayd;]; press-relizd' bildirilir ki, “Vodafone Ukrayna” şirkətlər qrupunun gəlirləri 2021-ci ilin aprel-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq, 4,9 milyard qrivna təşkil edib.
Şirkətin digər maliyyə göstəriciləri də artım nümayiş etdirib. OIBDA (amortizasiyadan əvvəlki əməliyyat mənfəəti) göstəricisi 31% artaraq 2,8 milyard qrivna təşkil edib. OIBDA marjası isə 52,6%-dən 57,9%-dək artıb. Şirkətin maliyyə hesabatlarına əsasən, həmin dövrdə şirkətin xalis mənfəəti 20% artaraq 1,2 milyard qrivna təşkil edib.
Artımın əsas amili səs və data tarifləri üzrə rabitə xidmətlərinin istehlakının artması olub. Həmçinin, rouminq gəlirlərinin tədricən bərpa olunması ümumi gəlirlərin artımına müsbət təsir göstərib. 2021-ci ilin 2-ci rübündə Vodafone Ukrayna şirkətinin abunəçilərinə göstərdiyi rouminq xidmətlərindən gəliri 22% artıb, istehlak artımı isə keçən ilin 3-cü rübü ilə müqayisədə 57% təşkil edib.
Vodafone Ukrayna, Əşyaların İnterneti (IoT) əsasında olan xidmətlərə tələbatın artımını da qeyd edir, belə ki, IoT istifadəçilərinin sayı il ərzində 30% artıb.
2021-ci ilin 2-ci rübündə şirkətin kapital qoyuluşları 584 milyon qrivna təşkil edib və əsasən yüksək sürətli İnternet infrastrukturunun inkişafına yönəlib.
4G şəbəkələrinin inkişafı və data istifadəçilərinin sayının artması istiqamətində səylərin nəticəsində, ötən ilin müvafiq dövrü ilə müqayisədə data xidmətlərinin istehlakının artmasında öz əksini tapıb. Buna müvafiq olaraq, ARPU (bir istifadəçi üzrə orta gəlir) göstəricisi də 21% artıb.
Vodafone Ukrayna şirkətinin müştəri bazası sabit qalaraq 18,9 milyon nəfər təşkil edib.
NEQSOL Holding 2019-cu ilin dekabr ayında Vodafone Ukrayna şirkətinin alınmasını tamamlayıb. NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Qeyd edək ki, "NEQSOL Holding”in təsisçisi və sahibi Nəsib Həsənovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 11 d. əvvəl
- 12 d. əvvəl
-
20 d. əvvəl
“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi
-
32 d. əvvəl
Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
-
59 d. əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 400 min manat artırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bolmart"ın “Təzə Bazar” filialı fəaliyyətini bərpa etdi - VİDEO
- 1 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Süd emalı zavodunun mayası azaldı
Azərbaycan neftinin son qiyməti
Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
Rəsmi məzənnələr açıqlandı
"Bolmart"ın “Təzə Bazar” filialı fəaliyyətini bərpa etdi - VİDEO
Ən çox oxunanlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
AzTech şirkəti Kəlbəcər məktəbinə 73 noutbuk hədiyyə etdi
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək















.jpg)



