Azər Türk Bank bu dəfə Qəbələ gənclərinə təlim keçdi
Mayın 22-də Azər Türk Bank “ASAN xidmət” mərkəzi ilə birgə Qəbələ şəhərində, Qəbələ "ASAN xidmət" mərkəzində müxtəlif mövzularda təlim keçirmişdir.
Təlim zamanı banklarda marketinq fəaliyyətinin təşkili, reklam və ictimaiyyətlə əlaqələr üzrə işin aparılması, PR kampaniyalarının, tədbirlərinin hazırlanması və həyata keçirilməsi, xidmət sektorunda müştəriyönümlü xidmətin təşkili və bu istiqamətdə digər məsələlərdən bəhs edilmişdir.
Təlimin əsas məqsədi regionlardakı gənclərin maarfiləndirilməsi, uzunmüddətli hədəf isə gələcəkdə bank sahəsi üzrə gənc kadrların hazırlığına dəstəkdir.
Tədbirdə təlimçi qismində Azər Türk Bankın və Qəbələ "ASAN xidmət" mərkəzinin səlahiyyətli nümayəndələri çıxış etmişlər. İştirakçılar Qəbələ ASAN mərkəzinin könüllüləri, maliyyə, iqtisadiyyat yönümlü fakültələrdə təhsil alan tələbələr və məzunlar, gənc sahibkarlar olmuşlar. Təlimdən sonra onlara sertifikatlar verilmiş, ən aktiv iştrakçılardan 2 nəfər Azər Türk Bankın Qəbələ şöbəsində təcrübə keçmək imkanı qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)








.jpg)








