Bu il Lənkəranda yığımına tez başlanılıb, kiloqramı 1,5 manatdan Ukraynaya daşınır

Lənkəranda kivi bağlarında məhsul yığımına başlanılıb. Ötən illərdən fərqli olaraq bu il bağlardan tez yığılan kivi xarici bazarlara göndərilir. Havaların əlverişli keçməsi bağlarda məhsuldarlığa müsbət təsir edib.
Təsərrüfat sahibi Rəftarə Şükürovanın İstisu qəsəbəsində 15 hektar sahədə yaratdığı sitrus vadisində digər sitrus ağacları ilə yanaşı, 3 hektardan çox kivi bağı var. 2000 ağacın əkildiyi bu bağdan 6-cı ildir ki, kivi yığılır.
Təsərrüfatın daimi işçiləri olsa da, sitrus meyvələrinin yığımı zamanı 10-dan çox qəsəbə sakini buradan çörək pulu qazanır. Gündəlik qazanclarını əldə edən qadınlar bağda yorulmadan çalışırlar. Onlardan biri də Gülgəz Cabbarovadır. İstisu qəsəbəsində yaşayan Gülgəz Cabbarova bildirib ki, bağda uzun müddətdir işləyir:
“Yerli sakinlər yığım zamanı bu təsərrüfata gələrək gündəlik qazanclarını aparırlar. Hər gün yığdığımız məhsulun müqabilində pulumuzu alırıq. Günə 300 kiloqramdan çox kivi yığıram. Yaxşıdır, işimdən razıyam. Yerli sakinlər üçün yaxşı qazanc mənbəyidir”, - deyə o əlavə edib.
Təsərrüfat sahibi Rəftarə Şükürova deyir ki, bu il kivi yığımına çox erkən başlayıb. Yığım oktyabrın axırı - noyabrın əvvəlinə kimi davam edəcək. Məhsuldarlıq yaxşıdır. Təsərrüfatçı yığımın sonuna kimi kivi bağından 40 tona yaxın məhsul toplayacaqlarını deyir:
“Kivi bağımız 3,5 hektar sahəni əhatə edir. Biz ötən gündən bağda kivi yığımına başlamışıq, yığdığımız kivilər xaricə ixrac olunur. Çalışırıq ki, keyfiyyətli məhsul verək. Bu il də məhsulumuz boldur və keyfiyyətlidir. Ona görə tez yığıma başlamaq fürsəti qazanmışıq. İndi biz seçmə üsulu ilə yığım aparırıq. Tez yetişmiş meyvələri dəririk. Belə getsə, gözlədiyimiz nəticə olacaq. Hələ ki, 10-12 ton yığmışıq. Amma bundan sonra da bağdan gözləntilərimiz daha çoxdur”.
Bağlardan dərilən kivi maşınlara yüklənərək xarici bazarlara göndərilir. Kiloqramı 1 manat 50 qəpiyə satılan kivi hazırda Ukrayna bazarına aparılır.
Qeyd edək ki, Lənkəranda ümumilikdə 11 hektara yaxın kivi bağları salınıb.
Azərtac
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
43 d. əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət

Sabahın hava proqnozu açıqlanıb
