Toyota-dan Ford-a qədər: dünyanın ən çox satılan avtomobilləri
Son 5 ildə ilk dəfə olaraq lider dəyişib...Ötən il pandemiya səbəbindən qobal miqyasda insanlar daha az avtomobil alıb.
Marja xəbər verir ki, 2019-cu illə müqayisədə satışlar 22% azalıb. Lakin bir sıra brendlər bazarda öz hökmran mövqelərini qoruya bilib.
ABŞ-da son 40 ildə olduğu kimi, yenə də ən çox üstünlük verilən Fordun F seriyalı avtomobilləri olub. Argentina və Avstraliya kimi ölkələrdə Toyota pikapları çox satıldığı halda, İsveçrə sürücüləri Çexiya istehsalçısı Skoda-nın orta ölçülü sedanını seçiblər.
Bəs ən çox satılan model hansıdır?
Yapon nəhəngi Toyota ötən il satışlarda Volkswagen-i də qabaqlayıb və son 5 ildə ilk dəfə olaraq dünyanın ən çox satılan avtomobil brendi adını qazanıb. Toyota 2020-ci ildə 9,5 milyon avtomobil satdığı halda (-11,3%), Volkswagen-də bu göstərici 9,3 milyon ədəd olub (-15%).
Toyota 44 müxtəlif ölkədə ən çox seçilən avtomobil markası olub. Corolla sedanı (1,1 milyon ədəddən çox) və Rav4 kompakt SUV (995 min ədəd) 2020-ci ilə dünyanın ən çox satılan 2 avtomobili olub. Corolla 6 ölkədə, o cümlədən İrlandiya, Finlandiya və Tayvanda lider olub. Rav4 isə 5 ölkədə, o cümlədən Estoniya, İslandiya və Ukraynadakı satışlarda birinci yeri tutub.
Ən çox Volkswagen alan ölkələrin sayı 14-dür. Bunların içərisində Almaniya (VW Golf), Norveç (Audi E-tron SUV) və Niderland (VW ID.3 elektrikli hatchback) xüsusilə seçilir.
Böyük ölkələrdə yerli brend dəbdədir...
ABŞ və Kanadada Ford-un F-150 modeli ən çox satılan avtomobildir. Rusiyada AvtoVaz-ın və Renault Group-un buraxdığı, 7000 dollara yaxın qiyməti olan Lada Granta liderdir. Hindistanda isə Suzuki-nin ölkədək filialı tərəfindən buraxılan, qiyməti 7800 dollar olan Maruti Swift ən çox üstünlük verilən model olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
11 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
Ən çox oxunanlar
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU











.jpg)







