Naxçıvan iqtisadiyyatı artıb
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Muxtar respublikada 2021-ci ilin yanvar-iyul aylarında 1 milyard 603 milyon 721 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 3471,3 manata çatmışdır.
***
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 660 milyon 407 min 100 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
***
Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 596 milyon 951 min 400 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 572 milyon 178 min 100 manatı və ya 95,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
***
2021-ci ilin yanvar-iyul aylarında 267 milyon 560 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 14144 ton, süd istehsalı 62439 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı isə 1,8 faiz artmışdır.
***
2021-ci ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 34 milyon 671 min 500 manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 7,6 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 25 milyon 974 min 800 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,2 faiz artmışdır.
***
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2021-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 126 milyon 837 min 300 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 26,8 faiz çoxdur. Verilmiş kreditlərin 15 milyon 192 min 200 manatı və yaxud 12 faizi qısamüddətli, 111 milyon 645 min 100 manatı və yaxud 88 faizi uzunmüddətli kreditlər olmuşdur.
***
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
***
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 avqust 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 96037-yə çatmışdır ki, bunun da 83027-si və ya 86,5 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-iyul aylarında açılmış 25290 bank hesabının 25254-ü aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2021-ci il tarixə 1475-ə çatdırılmışdır.
***
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 540,8 manata çatdırılmışdır ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
***
1 iyul 2021-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1701 nəfər artaraq 462 min 309 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 14 d. əvvəl
- 15 d. əvvəl
-
11 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
13 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
14 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
14 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
"Bolmart"ın “Təzə Bazar” filialı fəaliyyətini bərpa etdi
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ















.jpg)

.jpg)



