Türkiyə meyvə - tərəvəz ixracında Rusiyadan asılı qalmaq istəmir
"Heç bir zaman tək bir bazara və ölkəyə asılı qalmaq istəmirik.2021-ci ilin yanvar-iyul dövründə Türkiyənin yaş meyvə-tərəvəz ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 1 milyard 638 milyon dollar təşkil edib.
Marja Aralıq dənizi Yaş Meyvə Tərəvəz İxracatçıları Birliyinin məlumatlarına istinadən xəbər verir ki, bu dövrdə reallaşdırılan ixracın 32%-inə bərabər gələn 526 milyon 818 min dollarlıq qisimi Rusiyaya edilib.
Keçən ilin eyni dövründə Rusiyaya reallaşdırılan 463 milyon 508 min dollarlıq xarici satış, bu ilin eyni dövründə 14% artıb. Bu dövrdə Rusiyaya 705 min 182 ton yaş meyvə-tərəvəz satılıb.
İxracda Rusiyanın ardınca 186 milyon 496 min dollarla Almaniya, 141 milyon 120 min dollarla Rumıniya, 132 milyon 287 min dollarla İraq, 91 milyon 177 min dollarla Ukrayna gəlir.
Aralıq dənizi Yaş Meyvə Tərəvəz İxracatçıları Birliyi sədri Nejdat Sin, Türkiyənin yaş meyvə tərəvəz ixracında əhəmiyyətli bir mövqedə olduğunu söyləyib.
İxracatın böyük qisiminin Rusiyaya edildiyini qeyd edən Sin deyib:
"Ən çox ixracı Rusiyaya edirik. Yeni bazarlar tapmağa çalışırıq. Məsələn Çin ilə bir dialoqumuz var. Bir ölkəyə ixrac edə bilməniz üçün iki ölkə arasında karantin razılaşmalarının bitmiş olması lazımdır. Uzaq Şərq bazarı bizim hədəf bazarlarımız arasındadır - Çin, İndoneziya, Sinqapur, Cənubi Koreya... Bu bazarlara da qismən bir ixracımız var. İşlərimiz davam edir. Davamlı əlaqədar nazirliklərimizlə, xaric nümayəndəliklərimizlə dialoq aparırıq".
Sin, yaş meyvə tərəvəz mövzusunda Türkiyədə ciddi bir istehsalın olduğunu vurğulayaraq belə davam edib:
"Heç bir zaman tək bir bazara və ölkəyə asılı qalmaq istəmirik. Dünyadakı vəziyyət dəyişə bilir, yəni siz bir bazara məhkum olduğunuzda geosiyasi inkişaflar, siyasi proseslərin təsirləri, çətinlikləri ola bilər. Hökumətin də yeni bazarlar tapmaq məsələsində dəstəyi var. Uzaq şərq, Balkan ölkələri, Avropa Birliyi daxil davamlı axtarış içərisindəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 7 d. əvvəl
-
18 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
35 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib





























