Qızıl qiymətləri 4 ayın dibinə düşüb
Dollara artan tələbat qiyməti daha da ucuzlaşdıracaq - PROQNOZƏn qiymətli metallardan olan qızılın qiyməti son günlərdə dünya birjalarında sürətlə ucuzlaşıb.
Marja xəbər verir ki, ötən bazar günü 1 unsiyası 1677 dollara qədər düşən qiymət son 4 ayın ən aşağı nəticəsini göstərib.
Bugün səhər 1740 dollar/unsiyaya qədər özünü qismən bərpa etsə də, qızılın qiyməti ilin əvvəlindəki rekorddan - 1 unsiyaya görə 1900 dollardan aşağıdır. Analitiklər 3 əsas səbəb göstərir: dollara sürətlə artan tələbat, ABŞ-da iş yerlərinin sayı və əmək haqqının həcmində artım, 10 illik istiqrazların tədricən artan gəlirlilik dərəcəsi.
Ən iri özəl bank olan UBS, Avstraliyanın Commonwealth Bankı və digər şirkətlər bildirir ki, son həftədə Asiya bazarlarında dolların sürətlə alışı və əvəzində qızıl satışı, bu 2 dəyər daşıyıcısı arasında olan tərsinə nisbət (dollar digər valyutalara qarşı güclənəndə qızıl ucuzlaşır və ya əksinə) əsas hərəkətverici qüvvədir.
İqtisadi ekspertlər həm də sürətli iqtisadi artım səbəbindən ABŞ Mərkəzi Bankının (Fed) uçot dərəcəsini hazırkı sıfır faizdən nisbətən qaldıra biləcəyini istisna etmir. Bu hal da qızılın qiymətini aşağıya çəkən lokomotivlərdən biri olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 16 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























