Mikayıl Cabbarovun rəhbərliyilə iclas keçirildi
İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmək istəyən sahibkarların müraciətləri ilə bağlı işlər KOBİA-nın qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən olacaqdır.İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi, Şurada təmsil olunan müvafiq dövlət qurumlarının və Agentliyin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda KOBİA-nın 2020-ci il və 2021-ci ilin birinci yarısında fəaliyyəti müzakirə edilib.
İclasda vurğulanıb ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı və özəl sektorun dəstəklənməsi dövlət başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. KOB-ların (kiçik və orta biznesin) inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində də qarşıya hədəf kimi qoyulub.
Tədbirdə pandemiyanın milli iqtisadiyyata, o cümlədən KOB-lara göstərdiyi təsirlər barədə məlumat verilib, dövlətin həyata keçirdiyi çoxşaxəli tədbirlər nəticəsində bu təsirlərin minimallaşdırıldığı, biznesin tədricən öz əvvəlki iqtisadi fəallığını bərpa etdiyi diqqətə çatdırılıb.
2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını şərtləndirib. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmək istəyən sahibkarların müraciətləri ilə bağlı işlər KOBİA-nın qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən olacaqdır.
İqtisadiyyat naziri rəqabətədavamlı KOB subyektlərinin formalaşdırılmasının, dövlət satınalmalarında iştirak payının artırılmasının, startapların, ixrac potensialı olan KOB subyektlərinin dəstəklənməsinin zəruriliyini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2020-ci ildə və 2021-ci ilin birinci yarısında Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edərək, KOB-ların inkişafı, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, yeni təşviq mexanizmləri barədə məlumat verib.
Tədbirdə bildirilib ki, hazırda 25 şəhər və rayonda 27 KOB dostu ofisi, 21 şəhər və rayonda isə KOB inkişaf mərkəzi fəaliyyət göstərir, sahibkarlar Xaçmaz və Yevlaxda yaradılmış KOB evlərində 150-dək dövlət-biznes və 100-dək biznes-biznes xidmətlərindən yararlanırlar.
İclasda KOBİA-nın fəaliyyəti, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görüləcək tədbirlər barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























