Ağ Evin neft istehsalının artırılmasını istəyəcəyi məlumatı yayıldı - NEFT UCUZLAŞIR
Ağ Evin artan benzin qiymətlərinin qarşısını ala bilmək üçün OPEC+u istehsalı artırmağa çağıracağı iddia edilir.
Marja xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Co Bayden hökumətindən nümayəndələrin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri və digər ölkələrdən nümayəndələrlə görüşdüyü bildirilir. Məlumata görə, Ağ Ev, Avqustdan etibarən istehsalın 400 min barel artırılmasının kafi olmadığını düşünür.
CNBC tərəfindən görülən bir məlumatda, Milli Təhlükəsizlik Məsləhətçisi Jake Sullivanın, "OPEC+ üzvlərilə qiymətlərin müəyyən olunmasında rəqabətli bazarın əhəmiyyəti haqqında müzakirə apardıq. Rəqabətli bir enerji bazarı etibarlı və sabit enerji tədarükünü təmin edər və OPEC+ üzvləri toparlanmanı dəstəkləmək üçün daha çoxunu etməlidir" dediyi qeyd edilib.
Bir Ağ Ev rəsmisi isə, "Prezident artan benzin qiymətlərinin ailələrin büdcəsi üzərində yaratdığı təzyiqin fərqindədir. Buna görə rəhbərliyin bütün vasitələri istifadə edərək benzindəki qiymət artımının önünə keçərək qiymətləri salmaq istəyir" deyib.
Xəbərdən sonra neft qiymətləri 1%-dən çox düşüb. Brent nefti 1,1% ucuzlaşaraq 69,88 dollara geriləyib.
Telegramda Marja.az səhifəsinə abunə olun
OPEC+ Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin yaratdığı qrupdur.
Xəbər verdiyimiz kimi, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















