“İdeal”ın keçmiş sahibi ilə ortağının yazışmaları məhkəməyə təqdim edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkilləri vəsatətlə çıxış ediblər.
Vəkil İlhamə Həsənova bildirib ki, İ.İsmayılov “İdeal Kompani” MMC-nin xəzinəsindən müxtəlif məbləğlərdə vəsaitlər məxaric etməklə ümumilikdə 680 min manat mənimsəməkdə ittiham olunsa da, təqsirləndirilən şəxs ifadəsində və suallara cavabında bildirib ki, heç bir mənimsəməyə yol verilməyib:
“İlqar İsmayılov ittihamda “İdeal Kompani”dən çıxardığı məbləğlərlə bağlı yalnız öz imzası olan qəbzləri təsdiq edir və bildirir ki, həmin məbləğlərin çıxarılması mənimsəmə yox, “İdeal Kompani” üçün götürülən və öz adına olan kreditlərin ödənilməsi və payına uyğun olaraq gəlirlərin götürülməsi məqsədilə olub. Bu proses isə digər təsisçinin razılığı ilə həyata keçirilib və hər ay ortağı və ya onun nümayəndəsi ilə toplantı keçirərərək, payların bölgüsünü aparıblar və hesabatlar təqdim ediblər. Bunu həmin müddət ərzində İlqar ortağı arasında olan elektron yazışmaları da təsdiq edir”.
Vəkil deyib ki, ümumi yazışmalardan aydın olur ki, İlqar İsmayılov “İdeal Kompani”də direktor vəzifəsi daşısa da, şirkətə faktiki rəhbərlik digər ortağına məxsus olub: “İlqar İsmayılov fəaliyyətini onun tapşırıqlarına əsasən həyata keçirib və yazımalardan məlum olur ki, gəlirlər barədə hesabatlılıq olub, hətta həmin şəxs İlqar İsmayılovun adına “İdeal Kompani” üçün götürülən kreditlərdən də xəbərdar olub. Məsələn, yazışmada İlqar İsmayılov məlumat verib ki, bu ay 1 milyon gəlir olub, hesabatları nümayəndəyə göndərəcək və s. Başqa bir yazışmada isə digər ortağı yazır ki, İlqar İsmayılovun adına olan kreditlə bağlı sənədləşmə hazırdır və götürmək üçün banka yaxınlaşsın”.
Vəkil sözügedən elektron yazışmalardan çıxarışları məhkəməyə təqdim edib.
Hakim bildirib ki, vəsatət növbəti iclasda müzakirə ediləcək.
Növbəti proses avqustun 23-ə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























