ABŞ-da məşğulluqda güclü artım - QIZIL UCUZLAŞDI
ABŞ-da İyul ayına dair məşğulluq məlumatları iqtisadi fəaliyyətdəki sürətlənməyə dair güclü siqnallar verdi.
Marja xəbər verir ki, açıqlanan məlumatlara görə, ölkədə kənd təsərrüfatı xaric məşğulluq İyulda 943 min artıb. Bu məlumata dair proqnoz 870 min idi.
İyun üçün 850 min olaraq açıqlanan kənd təsərrüfatı xaric məşğulluq artımı rəqəmi isə 938 minə dəyişdirilib.
İyulda işsizlik nisbəti 5,4% təşkil edib. ABŞ-da işsizlik nisbətinin 5,9%-dən 5,7%-ə gerilədiyi təxmin edilir.
Məlumatdan sonra qızılın unsiyasının qiyməti 1,5% düşərək 1777 dollara geriləyib (saat 16:47-yə olan məlumat).
Fed-dən verilən açıqlamalarda, məşğulluq bazarının, qiymətli kağız alışının azaldılması qərarına təsir edəcək ana faktorlardan biri olacağı vurğulanmışdı. Məşğulluqdakı artım güclü olduğundan Fed pul siyasətini daha tez sərtləşdirməyə başlaya bilər. Bu da qızıl ucuzlaşması demək olacaqdır.
Bloomberg Economics-ə (BE) görə, koronavirusun Delta variantı aşağı istiqamətli bir risk yaradır, ancaq məşğulluq bazarındakı artıma məhdud bir təsir edəcəkdir. BE məşğulluqda 950 min artım gözləyirdi.
Minneapolis Fed sədri Neel Kashkari payızda məşğulluq bazarının daha güclü olacağı barədə optimist olduğunu bildirib.
Senator Joe Manchin, iqtisadiyyatın həddindən artıq qızmasından narahat olduğunu bildirərək, Fed-i qiymətli kağız alışını azaltmağa başlamaq çağırışı edib.
Həmçinin oxu
Qızıl üçün gözlənilən gün gəldiMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















