İqtisadiyyat Nazirliyindən sənəd alıb, 761 milyonluq idxal üçün vergi və rüsumlar ödəməyiblər
İndiyədək 421 sahibkarlıq subyektinin 504 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İqtisadiyyat Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, investisiya təşviqi sənədi verilmiş layihələrin 59%-i sənaye, 39%-i kənd təsərrüfatı, 1%-i logistika, 1%-i isə turizm sahəsini əhatə edir.
Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,58 milyard manatadan artıq investisiya yatırılacağı, 34 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87%-i regionların payına düşür.
İnvestisiya təşviqi sənədi verilmiş 350-dən artıq layihə fəaliyyətə başlayıb və 26 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və s. ölkələrə ixrac olunur.
İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 4188 təsdiqedici sənəd verilib, nəticədə təqribən 761,2 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.
Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib.
Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. sahələr üzrə məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.
2021-ci ilin ilk 7 ayında isə 24 sahibkarlıq subyektinin 24 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 143 milyon manatadək investisiya yatırılacağı, 1300-ə yaxın yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 83%-i regionların payına düşür.
Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 54%-i sənaye, 42%-i kənd təsərrüfatı, 4%-i isə logistika sahələri üzrə layihələri əhatə edir.
Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 68 milyon ABŞ dollarınadək texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 332 təsdiqedici sənəd verilib.
Bu mexanizmlərin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.
İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı, logistika və turizm sahələri ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar 7 il müddətinə gəlirin 50 faizi, hüquqi şəxslər üzrə isə mənfəətin 50 faizi üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edilirlər.
Təsdiqedici sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə etmək üçün əsas yaradır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
37 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















