Toyota rekord mənfəət əldə edib, ancaq....
Çip böhranının gec bitəcəyindən narahatdır.Dünyanın ən iri avtomobil istehsalçılarından biri, Yaponiyanın ən dəyərli şirkəti Toyota Motor Corporation da digər şirkətlər kimi 2021-ci ilin ikinci rübünün (2022-ci maliyyə ilinin ilk rübünün) nəticələrini bu gün açıqlayıb.
Marja şirkətin rəsmi səhifəsinə istinadla xəbər verir ki, şirkət satışlarını ötən ilin 2-ci rübü ilə müqayisədə 72,5% artırıb və 7,93 trilyon yenə (72,67 milyard dollara) çatdırıb.
Toyota ikinci rübdə 2 milyon 148 min ədəd avtomobil satıb. Bu rəqəm ötən ilin eyni dövründəkindən (1 milyon 158 min ədəd) 185% çoxdur. Nəticə etibarilə şirkət pandemiyadan əvvəlki satış göstəricilərinə yaxınlaşa bilib. Xalis mənfəət 897,8 milyard yen (8,22 milyard dollar) təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 5,6 dəfə çoxdur.
Kifayət qədər mənfəət əldə etməsinə baxmayaraq, Toyota cari il üzrə satış proqnozlarını (8 milyon 700 min ədəd) və əməliyyat mənfəətinə dair gözləntiləri (2,5 trilyon yen-22,9 milyard dollar) dəyişməyib. Buna səbəb çip böhranı səbəbindən istehsal həcminin hələ də hədəflənən səviyyədə olmamasıdır.
Analitiklər yarımkeçirici çiplərin təchizatındakı ləngimələrə görə qlobal avtomobil istehsalçılarının bu il 110 milyard dollar zərər görəcəklərini proqnozlaşdırır.
Həmçinin oxu
Toyota-nın qlobal satışlarında rekordMüştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 4 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı












.jpg)








