"Sony" şirkətinin builki xalis gəliri açıqlanıb
Yaponiyanın "Sony Group Corporation" transmilli şirkəti aprel-iyun aylarında (bu dövr şirkətin maliyyə ilinin I rübü sayılır) 213 115 mln. yen (1,953 mlrd. ABŞ dolları) həcmində xalis mənfəət əldə edib.
"Sony"nin maliyə hesabatına görə, bu, ötən ilin eyni rübündə qeydə alınan göstərici ilə müqayisədə 4,4% çoxdur. Şirkətin əməliyyat gəliri 280 068 mln. yen (2,567 mlrd. dollar) təşkil edib ki, bu da illik müqayisədə 26,3% çoxdur.
I maliyyə rübündə "Sony" istehlakçılara satılan oyun və şəbəkə xidmətlərindən 602 158 mln. yen (5,519 mlrd. dollar), musiqi xidmətlərindən 252 222 mln. yen (2,312 mlrd. dollar), şəkil xidmətlərindən 204 378 mln. yen (1,873 mlrd. dollar), elektronika məhsullarının və həllərinın satışından isə 566 519 mln. yen (5,192 mlrd. dollar) gəlir əldə edib.
Qeyd edək ki, iyunun 30-na "Sony"nin cəmi aktivləri 28 269 689 mln. yen (259,101 mlrd. dollar), cəmi öhdəlikləri isə 21 320 679 mln. yen (195,411 mlrd. dollar) təşkil edib. Bu, aylıq müqayisədə 2,8% və 2,6% çoxdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























