"Bu, barışdırmaq müstəvisində olacaq bir hadisə deyil, tamam başqa məsələdir”
Baş prokuror Eldəniz Səlimovla bağlı nə üçün vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanmasına aydınlıq gətiribBaş prokuror Kamran Əliyev Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatla bağlı deputatların suallarını cavablandırıb.
Baş prokuror deyib ki, Eldəniz Səlimovun hərəkəti Milli Məclisin nüfuzuna xələl gətirmir.
K. Əliyevin sözlərinə görə, əsas məsələ odur ki, Milli Məclis bununla bağlı qəti mövqe ortaya qoyur:
“Bəzən sosial şəbəkələrdə Milli Məclisin ünvanına təhqiramiz ifadələr işlədildiyi bildirilir. Tək sosial şəbəkələrdə deyil, elektron media orqanlarında da vəzifəli şəxslər barədə bəzən etik olmayan məlumatlar yayılır. Hüquq-mühafizə orqanları qanun çərçivəsində mübarizə aparır, son dövrlər prokurorluq tərəfindən cinayət məsuliyyətinə, inzibati məsuliyyətə cəlb edilənlər olub. Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmasına gəlincə, hakimiyyət nümayəndələrinin vəzifəli şəxs olması heç vaxt mübahisə doğurmayıb. Polis zabitinə zəng edilərək ora çağırılıb. Deputatın tələbi qanunsuz olub, vəzifə səlahiyyətlərini aşıb, ona görə də 309-2-ci maddə ilə cinayət işi açılıb. Polis də vətəndaşdır, onun hüquqları pozulub. İkinci, polisin timsalında dövlətin nüfuzuna zərbə vurulub”.
Əvvəllər Eldəniz Səlimova bu hadisəyə qədər təzyiqlərin olub-olmamasına gəlincə, K. Əliyev istintaq materiallarında belə halların olmadığını qeyd edib: “Mən sosial şəbəkələrdən Eldəniz Səlimovun belə iddiasının olmasından xəbərim var. Bu iddia da araşdırılacaq. Hətta belə hal varsa, bunun da qanuni yolu var. Mən sübutları burada təhlil etmək istəyirəm. Başqa hal olsaydı, buna inzibati xəta kimi da baxıla bilərdi. Siz gələcəkdə cinayət işinin detalları ilə tanış olanda görəcəksiniz ki, bu, barışdırmaq müstəvisində olacaq bir hadisə deyil, tamam başqa məsələdir”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















