Binalardakı mənzillərin ümumi sahəsi necə hesablanmalıdır?
Otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir.Bir çox hallarda yeni tikilən çoxmənzilli binalarda mənzillərin alınması zamanı mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun olaraq hesablanan sahədən daha artıq olması müşahidə olunur. Marja xəbər verir ki, tikinti şirkəti üçün bu maddi baxımdan “sərfəli” olsa da, mövcud durum qanunvericiliyin pozulmasına və nəticə etibarı ilə vətəndaşın aldadılmasına gətirib çıxarır.
Mənzil alan şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aldıqda mənzilin qanunauyğun hesablanmış sahəsi ilə tanış olur və çıxarışda (kupça) mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görür.
Qanunvericiliyin tələblərinə əsasən...
Çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir.
Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir.
Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.
Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir.
Beləliklə balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 m² olduqda, 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 m² sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır.
Bəs ümumi sahə üzrə fərq necə yaranır?
Əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir, eləcə də Qaydalara uyğun olaraq tələb olunan azaltma əmsalları tətbiq edilmir.
Bu cür hallarla qarşılaşan vətəndaşlar nə etməlidir?
Mənzil sahibi olmaq istəyən vətəndaşlar seçdikləri mənzilin ümumi sahəsinin qaydalara uyğun hesablandığına əmin olduqdan sonra müqaviləni imzalamalı və ödənişi həyata keçirməlidirlər.
Ümumi sahə üzrə çıxarış (kupça) və müqavilədəki fərqi görən mənzil sahibi bununla bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu tələb edə bilər. Əgər tikinti şirkəti qanunazidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
-
36 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
37 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb

























.jpg)
