Azərbaycanda da çox istifadə olunan taksi xidmətinin dəyəri 5 milyard dollara yaxınlaşır
Şirkət indi də əsas gücü ərzaq çatdırılma biznesinə yönəldir...Estoniyanın onlayn taksi sifariş xidməti, Azərbaycanda da çox istifadə olunan tətbiqetmələr arasında olan Bolt (keçmiş Taxify) bazar dəyərini artırıb.
Marja xəbər verir ki, şirkət özəl maliyyələşmə raundunda investorlardan 713 milyon dollar vəsait cəlb edib.
Bu dəfəki investorlar arasında vençur kapital şirkəti Sequoia, maliyyə menecment firmaları Tekne və Ghisallo, həmçinin daha əvvəl də Bolt-a sərmayə yatırmış G Squared, D1 Capital və Naya şirkətləri olub. Hazırkı maliyyələşmə ilə Bolt öz bazar dəyərini ötən ilə nisbətən ikiqat artıraraq, 4,75 milyard dollara çatdırıb.
Bolt hazırda taksi fəaliyyəti ilə bərabər, əsas diqqətini ərzaq çatdırılma biznesinə yönəldir. Şirkət növbəti aylarda 10-dan çox Avropa ölkəsində, o cümlədən İsveç, Portuqaliya, Xorvatiya və Rumıniyada 15 dəqiqə ərzində ərzaq çatdırılma şəbəkəsini işə salmağı planlaşdırır.
Xatırladaq ki, Avropadakı ən iri çatdırılma xidmətlərindən biri, Türkiyə şirkəti “Getir” iyun ayında 7,5 milyard dollar qiymətləndirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























