Renault və Mazda-dan optimal nəticələr
Hər iki şirkət mənfəətə çıxıb, amma çip böhranı hələ də təhlükə yaradır...Fransız avtomobil markası Renault 2021-ci ilin ilk yarısının, Yaponiyanın iri avtomobil istehsalçısı Mazda isə cari ilin ikinci rübünün (2022-ci il martda bitən maliyyə ilinin 1-ci rübünün) nəticələrini bugün açıqlayıblar.
Marja hər iki şirkətin rəmi hesabatlarına istinadla xəbər verir ki, ötən il pandemiya səbəbindən ciddi zərər edən istehsalçılar nəhayət ki mənfəətə çıxa biliblər.
Nəticələr belədir:
Mazda (2021, 2-ci rüb)
Gəlirlər - 803,4 milyard yen (7,33 milyard dollar, 113% artım); Xalis mənfəət - 11,4 milyard yen (104,1 milyon dollar); Satılan avtomobil - 353 min ədəd. Xatırladaq ki, ötən ilin müvafiq dövründə Mazda 244 min ədəd avtomobil sataraq, 66,7 milyard yen (609,15 milyon dollar) zərər etmişdi.
Renault (2021, 1-ci yarımilik)
Gəlirlər - 23,4 milyard avro (27,72 milyard dollar, 26,8% artım); Xalis mənfəət – 368 milyon avro (437,8 milyon dollar). Renault 2020-ci ilin birinci yarısını rekord 7,38 milyard avro zərərlə başa vurmuşdu.
Hər 2 şirkət bu il mənfəət çıxa bilsələr də, nəticələr hələ 2019-cu ilin göstəricilərindən geri qalır. Üstəlik, qlobal çip böhranı ilin sonuna kimi istehsal və satış planlarına təzyiq yaratmağa davam edəcək. Xüsusən Renault ən azı 200 min avtomobilin istehsalını təxirə salacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























