Azərbaycan "AccessBank"ın səhmdarı ilə müzakirələr apardı - 250 MİLYON...
İyulun 29-da maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan üzrə İcraçı direktor Antoni Makdonald ilə video-konfrans formatında görüş keçirib.
Marjanın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulması, pandemiya ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər, habelə ölkədə yüksək templə aparılan peyvəndlənmə prosesi barədə məlumat verib.
Antoni Makdonald nazirin diqqətinə çatdırıb ki, AİB-nın Direktorlar Şurası Azərbaycan hökumətinin pandemiya dövründə riskləri düzgün təhlil edərək 2020-ci ildə həyata keçirdiyi qabaqlayıcı tədbirləri və bu günədək “COVID-19”la mübarizə sahəsində görülən işləri ölkənin daxili imkanları hesabına maliyyələşdirilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, məhz buna görə də koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə artıq 2021-ci ildə 250 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair qərar bankın Direktorlar Şurası tərəfindən yekdilliklə dəstəklənib.
Görüşdə AİB-nın növbəti illərdə bir sıra mühüm istiqamətlər üzrə daxili siyasətlərin formalaşdırılması, o cümlədən yeni çağırışlara müvafiq bankın daxili satınalma qayda və prosedurlarına yenidən baxılması, ekoloji cəhətdən təmiz “yaşıl enerji”yə keçidin dəstəklənməsi çərçivəsi, “COVID-19” pandemiyasının davam etməsi şəraitində üzv ölkələrə əlavə olaraq göstəriləcək yardım proqramları və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən "AccessBank" 8 xarici investora məxsusdur. Bankda ən böyük paylar Asiya İnkişaf Bankına (19.90%), Avropa İnvestisiya Bankına (17.39%) və Dünya Bankının törəmə təşkilatı olan Beynəlxalq Maliyyə Korporasiyasına (16.56%) məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
7 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
9 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























