Qlobal bank neftin qiymətinə dair proqnozunu açıqladı
Banka görə, neftin qiyməti qarşıdakı aylarda 100 dollaradək arta bilər.Neft bazarındakı tələbat və təklifin mövcud dəyişkənliyi qarşıdakı aylar ərzində qiymətlərin aramla artacağını göstərir.
“Reuters” xəbər verir ki, bu, “Barclays” bankının araşdırmasında bildirilir.
Qeyd olunur ki, qarşıdakı aylar ərzində OPEC+ kənardakı təklifin nisbətən gec reaksiyası üzündən tədarükü çox ləng bərpa edərsə, neftin qiyməti qarşıdakı aylarda 100 dollaradək arta bilər. Amma tələbatın xeyli azalma imkanları və siyasi mülahizələr diqqətə alınsa, OPEC+ tərəfindən bunların məqbul nəticə olaraq qəbul ediləcəyi müəmmalıdır”.
Xatırladaq ki, OPEC+ formatının iştirakçıları cari ilin avqust – dekabr dövrü ərzində gündəlik hasilatı ayda 400 min barel artırmaq barədə razılığa gəlib. “Barclays”-ın qənaətincə, 2021-ci il başa çatandan sonra İran nüvə razılaşması yenidən qüvvəyə minəcəyi təqdirdə bu ölkə neft ixracatını əhəmiyyətli dərəcədə artırsa, sözügedən artım səviyyəsinin daha da artırılmayacağı inandırıcı deyil.
“Barclays”ın ehtimalına görə, “Brent” markalı neftin orta qiyməti bu il 69 ABŞ dolları (əvvəlki proqnoz 66 dollar), gələn il 68 dollar, “WTI” markalı neftin də orta qiyməti bu il 67 dollar (əvvəlki proqnoz 62 dollar), gələn il 65 dollar təşkil edəcək.
Həmçinin tələbatın dirçəlməsi baxımdan koronavirusun yeni variantları tərəfindən müəyyən təhlükə olsa da, peyvəndləmə işləri vüsət aldıqca bunun təsirinin ilin əvvəlkindən az olacağı da qeyd olunub.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























