“Expressbank”ın əməliyyat mənfəəti artıb – BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “Expressbank”ın əməliyyat mənfəəti 1 milyon 56 min manat və ya 18% artıb“Expressbank” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 5 milyon 627 min manat xalis mənfəət ilə başa vurub.
Marja bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun dövründə “Expressbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 26 milyon 493 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 725 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 768 min manat təşkil edib. Eyni zamanda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 125 min manat mənfəətə əlavə edilib. “Expressbank” 6 milyon 893 min manat mənfəət vergisindən əvvəlki mənfəətindən 1 milyon 266 min manat mənfəət vergisi ödəyib və ilk yarımili 5 milyon 627 min manat xalis mənfəət ilə bağlayıb.
FAİZ XƏRCLƏRİ AZALIB, ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə “Expressbank”ın cəmi əməliyyat gəlirləri 26 milyon 532 min manat, əməliyyat xərcləri 20 milyon 695 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 837 min manat təşkil etmişdi. Eyni zamanda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 1 milyon 685 min manat mənfəətə əlavə edilmişdi. “Expressbank” 7 milyon 522 min manat mənfəətindən 881 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 6 milyon 641 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Beləliklə, 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “Expressbank”ın xalis mənfəətinin 1 milyon 13 min manat aşağı olması bu il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan vəsaitin azalması ilə əlaqədardır. Cari biznes fəaliyyətini daha dolğun əks etdirən əməliyyat mənfəəti 1 milyon 56 min manat və ya 18% artıb ki, bu da “Expressbank”ın faiz xərclərini azaltmasından və qeyri-faiz gəlirlərini artırmasından qaynaqlanır.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2021-ci il tarixində “Expressbank” 328 milyon 105 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 228 milyon 757 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda Bank 313 milyon 448 min manat cəmi aktivlərə, o cümlədən 209 milyon 743 min manat kredit portfelinə malik idi.
Ötən ilin sonu ilə müqayisədə ilk 6 ayda "Expressbank"da cəmi depozitlər 9 milyon 478 min manat 128 milyon 134 min manata çatıb. O cümlədən fiziki şəxslərin depozitləri 9 milyon 979 min manat artaraq 103 milyon 502 min manata yüksəlib.
30 İyun 2021-ci il tarixində “Expressbank” 123 milyon 413 min manat məcmu kapitala malik olub.
“Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri yenidən yüksək səviyyədə yerinə yetirib. Belə ki, 30 iyun 2021-ci il tarixində Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 43%, məcmu kapital adekvatlıq əmsalı 46%, leverec əmsalı isə 34% təşkil edib. Bu da, müəyyən edilmiş normativlərlərdən dəfələrlə artıq olmaqla bankın maliyyə cəhətdən dayanıqlı olduğuna işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 43 d. əvvəl
-
49 d. əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
1 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
2 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Kredit sığortasında 50 faizdən çox artım var
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti



























