“Rabitəbank”ın son vəziyyəti məlum oldu – XALİS MƏNFƏƏTİ KƏSKİN ARTIB
“Rabitəbank” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 4 milyon 685 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə Bankın xalis mənfəəti 2,6 dəfə artıb. “Rabitəbank” 2020-ci ilin yanvar-iyun aylarını 1 milyon 773 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “Rabitəbank”ın faiz gəlirləri 2 milyon 898 min manat və ya 12,6% artaraq 25 milyon 792 min manat, qeyri- faiz gəlirləri isə 6 milyon 801 min manat və ya 2,1 dəfə artaraq 13 milyon 111 min manat təşkil edib. O cümlədən haqq və kommisiya gəlirləri 3 milyon 94 min manat, xarici valyutalardan gəlir 846 min manat artıb. Eyni zamanda Bank 2 milyon 756 min manat digər gəlirlər əldə edib.
2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “Rabitəbank”ın əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirləri) 9 milyon 699 min manat artmasına qarşılıq, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) daha az - 7 milyon 4 min manat artıb (əməliyyat xərcləri ötən ilin ilk yarısındakı 19 milyon 919 min manatdan cari ilin ilk yarısında 26 milyon 923 min manata yüksəlib).Nəticədə “Rabitəbank”ın əməliyyat mənfəəti daha çox olub.
2021-ci ilin yanvar-iyun dövründə “Rabitəbank”ın cəmi gəlirləri 38 milyon 903 min manat cəmi xərcləri 26 milyon 923 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 11 milyon 980 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 7 milyon 294 min manat ayırdığından mənfəəti 4 milyon 685 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci yarısında “Rabitəbank”ın cəmi gəlirləri 29 milyon 195 min manat, cəmi xərcləri 19 milyon 919 min manat, əməliyyat mənfəəti 9 milyon 276 min manat təşkil etmiş, ehtiyatlara 7 milyon 503 min manat ayrıldığından həmin dövrü 1 milyon 773 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə “Rabitəbank” ASC-nin müştərilərə verdiyi cəmi kreditlər 17 milyon 281 min manat artaraq 30 İyun 2021-ci il tarixində 440 milyon 613 min manata çatıb.
2021-ci ilin ilk yarısında “Rabitəbank” qiymətli kağızlara investisiyalarını 26 milyon 511 min manat artıraraq 115 milyon 528 min manata çatdırıb.
30 İyun 2021-ci il tarixində “Rabitəbank” 737 milyon 157 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda “Rabitəbank” 830 milyon 916 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalmasının səbəbi müştərilərin cari hesablarında vəsaitlərin azalması ilə əlaqədar olaraq nağd vəsaitlərin də azalmasıdır.
BORCLARINI AZALDIB
1-ci yarımildə “Rabitəbank” subordinasiya borc öhdəliklərini 3,4 dəfə azaldaraq 5 milyon 950 min manata endirib (ötən ilin sonunda 20 milyon 38 min manat idi)
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
“Rabitəbank” 30 iyun 2021-ci il tarixində 100 milyon 1 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 42 d. əvvəl
-
48 d. əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
1 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
2 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Kredit sığortasında 50 faizdən çox artım var
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti


























