Azərbaycanda 601 "balina" fəaliyyət göstərir
01.07.2021- ci il vəziyyətinə Azərbaycanda illik gəliri 30 milyon manatdan çox olan 601 kommersiya qurumu olub.2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 5844statistik vahid yaradılıb.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, eyni dövrdə 226 statistik vahid ləğv edilib.
2021-ci ilin yanvar-iyun ayları ərzində ləğv edilmiş statistik vahidlərin 31,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16,4 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 11,1 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 8,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,2 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrində, qalanları isə digər bölmələrin payına düşür.
Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 36,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 10,4 faizi “Tikinti”, 8,6 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,6 faizi “Emal sənayesi”, 5,4 faizi “Nəqliyyat və anbar təsərrüfatı”, 5,0 faizi “İnformasiya və rabitə” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
2021-ci ilin yanvar-iyun ayları ərzində yeni yaradılmış statistik vahidlərin 98,5 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,6 faizi tam xarici investisiyalı, 1,5 faizi birgə mülkiyyətli), 1,4 faizi dövlət mülkiyyətli, 0,1 faizi isə bələdiyyə mülkiyyətli müəssisələrin payına düşür.
Qeydiyyatda olan statistik vahidlərin 61 faizi Bakıda yerləşmişdir. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 80,1 faizi Bakıda, 6,6 faizi Abşeron-Xızı, 2,0 faizi Lənkəran-Astara, 1,8 faizi Gəncə-Daşkəsən, 1,6 faizi Şəki[1]Zaqatala, 1,4 faizi Qarabağ və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınmışlar.
01.07.2021-ci il vəziyyətinə statistik vahidlərin cəmi sayı 161053, o cümlədən kommersiya təşkilatlarının sayı 143928 olub.
01.07.2021-ci il vəziyyətinə mikro sahibkarlıq subyektlərinin sayı 133844 olub. Kommersiya təşkilatlarının ümumi sayında mikro sahibkarlıq subyektlərinin xüsusi çəkisi 93%-ə bərabərdir.
01.07.2021- ci il vəziyyətinə kiçik sahibkarlıq subyektlərinin sayı 6824, orta sahibkarlıq subyektlərinin sayı 2659, iri sahibkarlıq subyektlərinin sayı 601 olub. 2021-ci il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,4 faizini iri sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi ticarət (17,6%), emal sənayesi (16,6%), tikinti (12,2%) və nəqliyyat və anbar təsərrüfatı (8,7%) sahələrində yaradılmışdır.
İllik gəliri 30 milyon manatdan, işçilərinin sayı isə 251 və ondan yuxarı olan sahibkarlıq subyektləri iri subyektlər hesab edilir.
2021-ci il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 100 mini keçmişdir.
Statistik vahidlər – rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi (onların nümayəndəlik və filialları) və fiziki şəxslərdir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
7 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
21 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 44 d. əvvəl
- 47 d. əvvəl
-
47 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib




















