"Ford" dünya üzrə iri avtomobil partiyasını geri çağırır
ABŞ-ın "Ford Motor Co." şirkət müxtəlif nasazlıqlar səbəbindən dünya üzrə 850 mindən çox avtomobili geri çağırır.
Bu barədə şirkətin açıqlamasında deyilir.
Məlumata görə, "Ford" 2013-2017-ci illərdə istehsal olunan 774 696 "Ford Explorer" avtomobilini arxa təkərlərin tənzimləmə qollarında çatlaqlara səbəb ola biləcək qüsur səbəbindən geriyə çağırır. Sözügedən avtomobil modelinin sahibləri səs-küy və ya qeyri-adi idarəetmə xüsusiyyətləri müşahidə və ya avtomobilin idarə edilməsində çətinlik çəkə bilər. Sözügedən qüsur qəza riskini artırır.
Geriçağırma kampaniyası Şimali Amerikada təxminən 676 152, Çində 59 935, "Ford"un beynəlxalq bazarlarında 25 257, Avropada 13 162 və Cənubi Amerikada 190 avtomobili əhatə edir. Qeyd olunur ki, bu avtomobillərin 4 sentyabr 2012-ci il – 30 sentyabr 2017-ci il tarixləri arasında Çikaqo montaj zavodunda və 28 yanvar 2013-cü il – 28 iyul 2017-ci il tarixlərində Rusiyadakı Yelabuqa zavodunda istehsal olunub.
Şirkət həmçinin digər qüsurları olan iki başqa geriçağırma kampaniyası da elan edib. Bunlardan biri 2020-2021-ci illərdə istehsal olunan təxminən 41 min "Lincoln Aviator" avtomobilini əhatə edir ki, bunlardan 36,3 mini Şimali Amerika, 2,6 mini beynəlxalq "Ford" bazarları, 2,1 mini isə Çinin payına düşür. Digər bir geriçağırma Şimali Amerikada olan təxminən 34,86 min "Ford F-350 Super Duty" avtomobil modelinə aiddir. Sözügedən avtomobillərinin 34 939-u Şimali Amerikanın payına düşür.
Xatırladaq ki, "Ford" konserni 1903-cü ildə Henri Ford tərəfindən təsis olunub.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























