Bakıdan Naxçıvana avtobus biletlərinin qiymətləri açıqlanıb
Bakıdan Naxçıvana və geriyə avtobuslar ilkin olaraq ancaq səhər saatlarında işləyəcək.
Marja bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər bu gündən sabah saat 09:00 reysinə, eləcə də növbəti günlərə bilet əldə edə bilərlər. Biletin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.
Biletləri Avtovağzalın kassalarından, eləcə də internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə onlayn almaq mümkündür.
Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.
Gömrük keçid məntəqəsində sərnişinlərdən "Covid-19" testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.
Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir
Bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.
Məlumatda bildirilir ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.
Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.
Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























