Xarici investorların Çindəki aktivləri 1 trilyon dollara yaxınlaşır
Asiya nəhəngi çoxları üçün “düşmən” olsa da, iqtisadi maraq geosiyasəti üstələyir...Xarici investorların və özəl kapitalın Çin iqtisadiyyatında və bu ölkənin aktivlərində payı durmadan artır.
Marja Financial Times-a istinadla xəbər verir ki, ümumi vəsaitin həcmi artıq 800 milyard dolları keçib.
Bloombergin hesablamalarına görə, təkcə bu ilin əvvəlindən iyunun sonuna kimi ofşor investorlar Honkonq, Şanxay və Şenzen birjaları vasitəsilə Çin şirkətlərinin 35 milyard dollardan artıq səhmlərini alıb. Bu isə ötən ilki göstəricidən 49% çoxdur.
Credit Agricole bankı bildirir ki, cari ilin ilk 6 ayında əcnəbilər 75 milyard dollardan çox Çin dövlət istiqrazlarını və digər borc kağızlarını alıb (50% artım).
Hazırda xarici kapitala məxsus Çin qiymətli kağızlarının ümumi həcmi isə 3,7 trilyon yuana (578 milyard dollara) çatıb. Əsas səbəb Çin istiqrazlarının ABŞ bondlarından təxminən 1,5% daha gəlirli olmasıdır.
Geosiyasət iqtisadiyyata uduzur...
Bir tərəfdən ABŞ Çinə qarşı bütün cəbhələrdə savaş açır, digər tərəfdən əksər amerikan birjaları artıq Çin yuanında saxlanan aktivlərin də ticarətinə başlayır. Ən son FTSE Russel indeksi Çinin dövlət borcunu özünün qlobal bond indeksinə daxil edib.
Görünən odur ki, xarici kapitalın Çinin texnoloji və iqtisadi inkişafına marağı növbəti illərdə heç də azalmayacaq....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























