Aqrar Sığorta Fondu və “Azərsun Holdinq” aqrar sığorta barədə müzakirə aparıblar
İyulun 9-da Aqrar Sığorta Fondu və ölkənin ən böyük aqrar sənaye qruplarından olan “Azərsun Holdinq” şirkətinin rəhbərliyi arasında görüş keçirilib.
Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovla “Azərsun Holdinq”in prezidenti Abdolbarı Gozalın görüşündə Azərbaycanda tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi, aqrar sığortanın tətbiqinin əhəmiyyəti və onunla bağlı məsələlər müzakirə edilib.
Eləcə də, görüşdə müzakirə edilən məsələlərdən biri əkinlərin quraqlıq risklərindən sığortası imkanları ilə bağlı olub.
Aqrar sahədə risklərin minimuma endirilməsi məqsədilə, kənd təsərrüfatı və əkinçiliklə məşğul olan şəxslərin suvarma zamanı daha qənaətcil üsullar və avadanlıqlardan istifadə etməsinin zəruriliyi vurğulanıb.
Həmçinin görüşdə aqrar sığorta sahəsində əhalinin və fermerlərin maarifləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” və Aqrar Sığorta Fondu arasında əməkdaşlığın dərinləşdirilməsi və mütəmadi olaraq Azərbaycanda aqrar sığortanın təbliğ edilməsi istiqamətində görüşlərin təşkil edilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi - fermer və iş adamlarına dəstək, onların risklərdən qorunması, aqrar sahənin təhlükəsiz biznes sektoruna çevrilməsi və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə 2020-ci ildən tətbiq edilir.
İlk aqrar sığorta müqaviləsi 2020-ci il noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda imzalanıb. 2021-ci ilin iyunun 29-da isə Göygöl rayonunda ilk sığorta ödənişi həyata keçirilib.
Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını (südlük inəkləri) və akvakultura məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq mümkündür.
Yaxın vaxtlarda aqrar sığortanın əhatə etdiyi risklərin və sığortalanan məhsulların dairəsinin genişlənəcəyi, ətlik mal-qara, qoyun və keçi təsərrüfatlarının da sığortalanacağı, sığortalanan bitkilərin siyahısınin isə indiki 14-dən 40-a qaldırılacağı gözlənilir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
9 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
23 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
50 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
























