Fransa Google-u 500 milyon avro cərimələyib
Nöqsanlar aradan qaldırılmasa, günə əlavə 900 min avro cərimə gələcək...Fransanın antiinhisar qurumu bu gün ABŞ texnologiya nəhəngi Google-u 500 milyon avro (593 milyon dollar) cərimələyib.
Marja xəbər verir ki, əsas səbəb kimi Google-un yerli xəbər agentliklərinin (APIG, SEPM və AFP) yaydıqları xəbərlərdən istifadə edərkən, müəllif hüquqlarını pozması və antiinhisar orqanının bununla bağlı verdiyi müvəqqəti göstərişləri yerinə yetirməməsidir.
Avropa İttifaqında yeni qəbul edilmiş direktiv “qonşuluq hüququ” adlı prinsipi təsbit edir: onlayn xəbər kontentindən istifadə edən şirkətlər bu kontentin sahibinə müəllif hüquqlarına görə vəsait ödəməlidir. Bu vəsaitin məbləği maksimum 3 ay ərzində tərəflər arasında razılaşdırılmalıdır. Əks təqdirdə irimiqyalı cərimə riski yaranır.
Google-a da yol verilmiş pozuntuların aradan qaldırılması və xəbər agentlikləri ilə onlayn kontentə görə onlara ödənəcək vəsaitin həcmini razılaşdırmaq üçün 2 ay vaxt verilib. Əgər bu müddət ərzində göstərilən hallar həll edilməsə, Google hər günə görə əlavə 900 min avro cərimə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























