Hindistanın daha bir startapı bir raunda milyardlarla dollar vəsait cəlb edib
Maliyyələşmədən sonra bazar dəyəri 37 milyard dolları keçib...Hindistanın ən böyük elektron mağazası Flipkart yeni maliyyələşmə raundunda investorlardan rekord - 3,6 milyard dollar vəsait cəlb edib.
Marja xəbər verir ki, şirkət bugünkü açıqlamasında əsas investorlar sırasında Qətər İnvestisiya Agentliyi, Abu-Dabi Suveren Rifah Fondu, Malayziyanın dövlət investorları, Çindən Tencent şirkəti, Yaponiyadan SoftBank, Flipkartın ana şirkəti, ABŞ supermarketlər şəbəkəsi Walmart və başqalarının olduğunu bildirib.
2007-ci ildə qurulan Flipkart çox sürətlə böyüyüb və hələ 2014-cü ildə 1 milyard dollarlıq maliyyələşmə əldə edib. 2016-cı ildə 50 milyonluq istifadəçisi olan ilk Hindistan tətbiqetməsi adını qazanıb. Hazırda 100 milyon qeydiyyatlı istifadəçisi, gündə 10 milyon ziyarətçisi və 100 min satıcısı ilə ayda 8 milyondan çox sifariş çatdırır.
Hindistanın elektron ticarət sektoru 2020-ci ilin son 3 ayında 36%, illik ifadədə isə 30% böyüyüb. Bu artımdan öz payını alan Flipkart son maliyyələşmədən sonra bazar dəyərini 37,6 milyard dollara çatdırıb.
Sağ əli bizim yerli elektron mağazaların başına...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























